Şəhriyar Əliyev: “Qarabağ”a gələndə oynamağa gücüm yox idi” - MÜSAHİBƏ

27.01.2015 | 4766 dəfə oxunub

"Qarabağ”ın gənc müdafiəçisi Şəhriyar Əliyevin müsahibəsi:

- Şəhriyar, deyəsən, artıq özünə gəlirsən?

- Hə, belə demək olar. Bura gələndə tamamilə hazırlıqsız idim. "Bakı”da olanda ard-arda zədələndim, sonrada yaranan problemlər məni çox geri saldı. İndi "Qarabağ”da yaxşı təlim-məşq toplanışı keçirik, çempionat ərzindəki məşqlərində böyük köməyi olub. Düzünü deyim ki, bura ilk gələndə oynamağa gücüm yox idi. Çünki tamamilə hazırlıqsız idim. "Qarabağ” sıradan bir komanda deyil ki, hər gələn necə istəsə əsas heyətə düşsün. Burda rəqabət çox güclüdür. Gərək daim işləyəsən və hazırlıq yüksək olsun ki, baş məşqçidə oynamağa şans yaratsın.

- "Qarabağ”da axtardığını tapa bilirsən?

- "Bakı”da fərqli futbol oynayırdıq, burada başqa. Hələ çalışıram ki, bu futbolu oynamağa öyrəşim. Çtışmayan çox cəhətim var, əvvəlcə bunları aradan qaldırmalıyam.

- "Bakı”da "top gəldi, vur qabağa” oynayırdız. "Qarabağ” isə fərqlidir, özün dediyin kimi. Çətinliyin var bu barədə?

- Vur gəldi deməzdim. Biz orada oynayanda cavan idik, məşqçilər tapşırırdı ki, risk etməyək.

- Onda siz pis oynamısız da, cavanlar...

- Kənardan baxanda başqa cür görünə bilər (gülür). Amma "Qarabağ”da topu ancaq o zaman başından edə bilərsən ki, qapıçıya da ötürə bilməyəsən, çıxış yolu olmayanda. Burda əsas iş topla oynamaqdır.

- Hazırlıqsız olmağın başa düşüləndir. Bəs meydana az çıxmağın səni narazı salmır?

- Məni daha çox zədələr geri saldı. Bu da Allahın qismətidir. Bura gələndə də çox hazırlıqsız idim. Baş məşqçi də bunu görürdü. Məndə əlimdən gələn qədər çalışıram. Baş məşqçimiz Qurban müəllim də nə etdiyin çox yaxşı bilir. Həvəsdən düşmürəm, narahat olmağa da dəyməz. Allahın izni ilə şans gələndə, dəyərləndirəcəm.

- "Bakı”dan problemlərlə ayrıldın. Bunlar sənə psixoloji cəhətdən təsir etdi?

- Bu haqda danışmaq istəmirəm, heç danışmadım da. Mənim haqqımda çox şey danışdılar, amma mən heç nə demədim. Futbolçu olmağımda "Bakı”nın çox əziyyəti olub. Bunları danmaq olmaz. Rəhbərlikdən Zeynal Zeynalov, Nail Əliyev, prezident Hafiz Məmmədov həmişə bizə dəstək olublar. Özüdə necə lazımdı. Bunları danmaq olmaz. Sadəcə başqa səbəblər oldu, buna da qayıtmaq istəmirəm.

- Sənə görə "Qarabağ” "Bakı”ya pul ödədi?

- Məndə bəzi saytlardan oxudum. Yazmışdılar ki, 20 min manat ödəyiblər. Amma klubdan mənə heç nə deməyiblər.

- "Qarabağ”da müdafiənin mərkəzində oynayacaqsan. Çətin deyil sənə?

- Mən "Bakı”da əvvəl cinahda oynayırdım, sonrada mərkəzdə oynatdılar. İndi də baş məşqçimiz məni mərkəzdə görürsə, deməli, ordada oynamalıyam.

- Əsas heyətdə yerini almaq üçün sənin çox zamana ehtiyacın var?

- Burada rəqabət çox güclüdür. Hər şey də göz önündədir. Mərkəzdə 4 futbolçu var və ancaq ikisi oynaya bilər. Çalışacam rəqabətdən üzüağ çıxım.

- Mərkəz müdafiəçilərindən kimi gözaltı etmisən ki, onu sıradan çıxardacaqsan?

- Rəqabət çox güclüdür. Hamısı böyük qardaşlardır. Mən daha çox onların məsləhətinə qulaq asıram. Nə deyirlərsə, mənim yaxşılığıma edirlər.

- Fikirləşmirsənki icarə əsasında başqa yerə gedib oynayasan, formaya düşüb geri qayıdasan?

- Mən "Qarabağ”a gələndə qarşıma məqsəd qoymuşam ki, bu komandanın bir parçası, əsas üzvlərindən biri 

olacam. On görə belə şey düşünmürəm heç.

- 3 oyun oynamısız Antalyada və qələbə yoxdu...

- Bu, elə də önəmli deyil. Çünki hələ komana hazırlığın bitirməyib, çalışmalarımzı davam edir. Futbolçular da optimal heyətə yaxın deyillər. Əsas odur hazırlığın sonunda yaxşı formaya düşək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail