«Xəzər Lənkəran» üçünü göndərdi, birini gətirdi

07.01.2011 | 3587 dəfə oxunub

"Xəzər Lənkəran" klubu 3 futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib. Bunlar Asif Məmmədov, Ramazan Abbasov və Xaqani Məmmədovdur. Bu qərar klub rəhbərliyinin baş məşqçi ilə məsləhətləşmələrin nəticəsində qəbul olunub.

rn

Bununla əlaqədar klub bildirir ki, adı çəkilən futbolçuların "Xəzər Lənkəran"dan uzaqlaşdırılması heç də milli oyunçularımızdan imtina kimi qiymətləndirilməməlidir. Komandaya yeni gənc azərbaycanlı futbolçuların cəlb olunması klub rəhbərliyinin qarşısında prioritet məsələlərdən biri olaraq qalır.

rn

3 yerli oyunçu ilə yollarını ayıran "Xəzər Lənkəran" daha bir milli oyunçu ilə 2 illik müqavilə bağlayıb. Bu, 19 yaşlı futbolçu Şəhriyar Xəlilovdur. Şəhriyar komandada sağ və ya sol yarımmüdafiə mövqeyində oynayacaq. O, həmçinin sağ cinah müdafiəçisi qismində də çıxış edə bilər.

rn

Şəhriyar Xəlilov peşəkar karyerasını "Gəncə" klubunda başlayıb. Daha sonra futbolçu "İnter"in əvəzedici heyətində və "Qarabağ" klubunda oynayıb. "Xəzər Lənkəran"a keçməzdən əvvəl isə Şəhriyar 6 ay idi ki, "Turan" klubunun şərəfini qoruyurdu.

rn

O, "Gəncə"nin, "İnter"in və "Qarabağ"ın heyətində respublika çempionu titulunu qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail