Milli komandanın üzvü "Qəbələ"də - RƏSMİ
“Qəbələ” növbəti transferini gerçəkləşdirib. Stadium.Az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Belarus milli komandasının yarımmüdafiəçisi Mixail Sivakovu heyətinə cəlb edib. 27 yaşlı futbolçu ilə yarım illik müqavilə imzalanıb.
Minskin “Smena” klubunun yetirməsi olan orta sahə oyunçusu 15 yaşında BATE-yə keçib. 5 il bu komandada çıxış etdikdən sonra Sivakov İtaliyanın “Kalyari” klubuna transfer olunub. 2009-11-ci illərdə Apennin təmsilçisinin üzvü olan yarımmüdafiəçi icarə əsasında “Pyaçentsa” və Polşanın “Visla” klubunun da formasını geyib. 2011-2012-ci illərdə Belçikanın “Zulte Varegem” klubunda top qovan belaruslu yenidə BATE-yə qayıdıb. Əvvəl icarə əsasında Borisov təmsilçisinin formasını geyən Sivakov sonra bu kluba keçib. 2014-cü ildə vətənində “Qomel”, Ukraynada “Çernomorets”in şərəfini qoruyan yarımmüdafiəçi Odessa təmsilçisində “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında çıxış edib. 4 dəfə Belarus, 1 dəfə Polşa çempionu olan futbolçu vətənində ölkə kuboku və Superkubokunu da qazanıb.
2004-cü ildən milli komandalara cəlb olunan Sivakov ölkəsinin U-17, U-19, U-21, olimpiya və əsas yığmalarının şərəfini qoruyub. 2010-cu ildən Belarus millisinin üzvü olan yarımmüdafiəçi ən böyük uğuruna U-21-in heyətində imza atıb. O, 2011-ci ildə Avropa çempionatının bürünc mükafatçısı olub.
Qeyd edək ki, “Qəbələ” Sivakova qədər Rəşad Sadiqov, ukraynalılar Aleksey Qay, Dmitri Bezotosnı və Ruslan Fomini heyətinə qatıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |