Vitse-prezident: "İnanıram ki, etimadı doğruldacaqlar"

28.01.2015 | 3636 dəfə oxunub

Azərbaycan güləşçiləri 2015-ci ilin təqvim planına əsasən, hazırlıqlarını Olimpiya Güləş Mərkəzində davam etdirirlər. Stadium.Az xəbər verir ki, bu gün milli komandalarımızın mətbuat açıq məşqi olub.

Hazırlıqları Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyev də izləyib. 

Məşqin sonunda N.Əliyev media nümayəndələrinin suallarını cavablandırıb: “Bu il ölkə idmanı üçün əlamətdar olacaq. Qarşıda bizi ilk Avropa Oyunları gözləyir. Bizim üçün bu yarış çox önəmlidir. Çünki doğma divarlar arasında mübarizə aparacağıq. Avropa Oyunlarında əsas rəqibimiz Rusiya yığması olacaq. Amma digər namizədləri də unutmaq olmaz. Əlbəttə, Azərbaycan güləşçiləri də dünya reytinqində ilk sıralarda yer alırlar və inanıram ki, güləşçilərimiz etimadı doğruldacaqlar”.

Dünya Kuboku yarışları ilə bağlı sualı isə Namiq Əliyev belə cavablandırıb: “Avropa Oyunlarına qədər komandalarımız Dünya Kuboku turnirində iştirak edəcəklər. Qrupdakı rəqiblərimiz güclüdür. Amma bu, o qədər də önəmli deyil. Biz yalnız özümüz, öz gücümüz haqda düşünməliyik. Bununla belə, yunan-Roma güləşçilərinin İran yığmasıyla qarşılaşacağını qeyd etmək istərdim. Doğma divarlar onlara kömək edə bilər. Amma biz artıq iranlı güləşçiləri məğlub etmişik və düşünürəm ki, hazırda Azərbaycanın yunan-Roma güləşi İranla eyni səviyyədədir”.

Sonda AGF-nın birinci vitse-prezidenti Dünya Güləş Birliyinin qaydalarda etdiyi dəyişikliklər barədə fikirlərini bildirib: “Məncə, döşəyin rənginin dəyişilməsi ilə bağlı qərar doğrudur. Eyni zamanda hakimlərin də yeni geyimdə olacağı yaxşı haldır. Çünki idman oyununu əvvəlki geyimlərlə idarə etmək qəribə görünürdü. Yeni geyimlərlə onlar daha rahat hərəkət edə biləcəklər. Hakimlərdən söz düşmüşkən, bu mənada da inkişaf bizi sevindirir. Beynəlxalq arenalarda ölkəmizi iki hakim təmsil edəcək. Onlardan biri daha gənc olsa da, hər ikisi kifayət qədər təcrübəlidir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail