Roman Qriqorçuk: "Bu, heç də asan iş deyil"

29.01.2015 | 3196 dəfə oxunub

Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən “Qəbələ” sonuncu yoxlama oyununda Türkmənistanın “Altın Asır” klubu ilə (3:3) qarşılaşıb. Stadium.Az xəbər verir ki, Asiya təmsilçisi ilə görüşdən sonra "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk hazırlıq prosesi və yoxlama oyunu haqda fikirlərini klubun rəsmi saytına bölüşüb:

"Sonuncu yoxlama oyunumuzun ssenarisi bizim üçün bir az uğursuz oldu. Oyunun ilk hissəsində xeyli qol imkanlarını qaçırdığımızdan, matç başqa məcrada davam etdi. Nəticədə çətin vəziyyətə, hesabda iki top geriyə düşdük. Komandamın məhz belə durumda özünü necə göstərməsi mənə maraqlı idi. Hesabdakı geriliyi aradan qaldıra bilməyimiz xarakterin olduğunu göstərir. Bu isə çox vacib amildir. Fasilədən sonra rəqibi tam üstələdik. Futbolçuların ikinci hissədə əzmkarlıq göstərmələri nəticəsində məğlubiyyətdən qaça bildik. Məhz ikinci hissəyə əsasən məndə yaxşı təəssürat qaldı”.

Ukraynalı mütəxəssis mövsümün ikinci yarısında “qırmızı-qaralar”ın qarşısında duran məqsəd haqda da danışıb: “Biz indidən heç nəyi proqnozlaşdıra bilmərik. Qarşımızdakı çətin vəzifə avrokuboklara vəsiqə qazanmaqdır. Bunun üçünsə turnir cədvəlində irəliləməliyik. Avropa Liqasına düşmək üçün 10 xallıq fərqi aradan qaldırmalıyıq. Bu isə heç də asan iş deyil. Ancaq qarşımıza qoyduğumuz bu çətin vəzifəni həll etməliyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail