Qurban Qurbanov: "Açığını deyim, bəzi futbolçulardan narazı qaldım"
Türkiyədə təlim-məşq toplanışında olan Ağdamın "Qarabağ" klubu bü gün burada sayca 5-ci yoxlama oyunun keçirdi. Stadium.Az xəbər verir ki, Rusiya Premyer Liqasında çıxış edən “Mordoviya”yla qolsuz oyundan sonra təmsilçimizin baş məşqçisi Qurban Qurbanov Antalyaya ezam olunmuş əməkdaşımızaın sualların cavablandırıb:
- Normal oyun alındı. Əsasən komandada az
oynamaq şansı əldə edən futbolçuları meydana buraxdım. Açığını deyim, bəzi
futbolçulardan narazı qaldım. Düzdü, razı qaldıqlarım da oldu, amma bəziləri
yaxşı təsir bağışlamadı. Çox yaxşı, mobil, fiziki və atletik hazırlığı yüksək
olan komandaya qarşı oynadıq. Ən azından hər bir futbolçu 90 dəqiqədə meydanda
gücünü paylaşa bildi.
- Kimlərdən narazı qaldız?
- Belə futbolçular oldu. Axşam olacaq
toplantıda onlara iradlarımı bildirəcəm.
- Siz meydana ikinci heyətlə çıxmışdız, amma “Mordoviya”
ilk hissədə tamamilə əsas heyətlə oynayırdı...
- Bu məqam bizim üçün önəmli deyil. Daha əvvəl
başqa güclü klublara qarşıda oynamışıq. Əsas məqam rəqibin kimliyi və ya nəticə
yox, futbolçulara tapşırılan tapşırığın necə yerinə yetirilməsiydi. Ola bilər
ki, bu, kənardan yaxşı görünməsin, amma biz bilirik ki, futbolçuya nə
tapşırmışıq və o, özü necə oynayır. Verdiyimiz tapşırıqları düzgün yerinə
yetirməlidirlər. Buna nə güc, nə də ağıl lazımdı. Sadəcə olaraq daha diqqətli
olub, matça konsentrasiya olmalıdırlar.
- Yoxlama oyunu olsa da, “Mordoviya” 5 müdafiəçi
ilə oynayırdı. Qolun olmamasın bununla əlaqələndirmək olar?
- Hər iki komanda ehtiyatlı oynayırdı. Bizim də
hücum xəttində gücümüz az idi. Bir neçə düşünülmüş hücumumuz oldu. Amma rəqibin
müdafiə xətti yaxşı təsir bağışladı.
- Müdafiənin mərkəzində oynatdığınız Admir
Teliylə Şəhriyar Əliyevin anlaşması və ortada çıxış edən Hacı Əhmədovun oyunu
sizi qane etdi?
- Həm Teli, həm də Şako (Şəhriyar Əliyevi nəzərdə
tutur) yaxşı oynadılar. Eləcə də, Hacı Əhmədovla Namiq Yusifov. Hər dördündən də
razı qaldım.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |