Kaxaber Sxadadzedən daha bir şərəfsiz hərəkət
Ötən gün Premyer Liqanın 19-cu turunun ilk oyunu “İnter” – “Sumqayıt” oyununda baş verən bir hadisə böyük söz-söhbət yaratdı.
Stadium.Az xəbər verir ki, oyun gedərkən epizodların birində top daşıyan uşağa hirslənən “bankirlər”in baş məşqçisi Kaxa Tsxadadze azyaşlının üstünə qışqırıb. Hətta hadisə şahidlərinin iddia etdiyinə görə bununla hirsi soyumayan gürcü məşqçi uşağa qarşı küçə söyüşləri də işlədib.
Ancaq Kaxanın tərbiyəsizliyi bununla da bitməyib. Mətbuat konfransında həmkarımız Emin Səfərovun olayla bağlı verdiyi sualı saymazyana bir şəkildə cavablandırmayan gürcü növbəti dəfə “yüksək mədəniyyət nümunəsi” göstərib.
Derbi.az-a daxil olan məlumat isə daha maraqlıdır. Artıq məlum olub ki, Tsxadadzenin söyərək təhqir elədiyi uşaq “İnter”in aşağı yaş qrupları üzrə komandalarından birinin üzvü Məhəmməd Tağıyevdir.
Xatırladaq ki, Məhəmməd təcrübəli həmkarımız, “Het-terik news” qəzetinin baş redaktoru İlqar Tağıyevin oğludur.
Məsələ ilə bağlı həmkarımızın münasibətini öyrəndik. Saytımıza açıqlama verən İlqar müəllim ilk olaraq oğlu ilə bağlı yaranmış söz-söhbətlərə aydınlıq gətirdi:
“Bu söz-söhbəti mən də indi eşitdim. Bu məsələni mütləq araşdıracam. Əgər deyildiyi kimi Kaxa orda mənim oğlumu təhqir edibsə, hətta söyüş söyməsə belə səsini yüksəldib, qışqırıbsa belə mütləq bir tədbir görəcəm. Ümumiyyətlə, söhbət təkcə mənim oğlumdan getmir, onun yerində başqa bir uşaq da ola bilərdi. Qarşısında kimin olmasından asılı olmayaraq əgər təhqir olubsa əmin olun ki, mən o sözləri üzbəüz Kaxanın özünə qaytaracam.
Azyaşlılara örnək olmaq, onlara futbol sevgisini aşılamaq əvəzinə bu cür kobud davranarsaq onların gələcək karyeralarına ciddi zərbə vurmuş olarıq”.
Mətbuat konfransında yaşanan olaya da münasibət bildirən İlqar Tağıyev hadisəyə belə şərh verib:
“Əslində mətbuat konfransında verilmiş suala cavab vermək baş məşqçinin borcudur. Ancaq cavab verməsə belə, bunu etik bir şəkildə etməlidir. Bildiyim qədər isə Kaxa növbəti dəfə öz “ampluası”nda çıxış edib”. (Derbi.az)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |