Qriorçuk: "Kamrana deməmişəm ki, sən bizə lazım deyilsən"

01.02.2015 | 4241 dəfə oxunub

Premyer Liqanın XIX turunda “Qəbələ” səfərdə “Bakı”nı 2-0 hesabı ilə məğlub edib. Stadium.Az xəbər verir ki, debüt oyununda qələbə qazanan yeni baş məşqçi Roman Qriqorçuk düşüncələrini bölüşüb.

"Nəticə xeyrimizə oldu. 3 xal əldə etdik. Amma komanda mən istədiyim kimi oynamadı. Oyunun ilk 20 dəqiqəsində topu saxlaya bilmirdik. Futbolçular topu görəndə həyəcanlanırdılar. Biz bunu araşdıracağıq. Açığı, vəziyyət məni təəccübləndirdi. Bundan öncə “Qəbələ”də işləyən insanlar barədə danışmaq istəmirəm. Hazırda mənim düşüncələrim klub rəhbərliyinin düşüncələri ilə eynidir. Öz sistemim var. Bunu formalaşdırmaq üçün çalışırıq".

Kamran Ağayev barədə də danışan mütəxəssis bunları deyib: "Onu deyim ki, heyətdən gedən oyunçuya hörmətim var. Mən Kamrana heç vaxt deməmişəm ki, sən bizə lazım deyilsən və ya 2-ci olacaqsan. Düşünürəm ki, Kamran özü vəziyyəti dəyərləndirib, getmək qərarına gəldi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail