"Neftçi"nin 10-cu bombardiri o oldu

02.02.2015 | 4803 dəfə oxunub

“Neftçi”nin çilili hücumçusu Nikolas Kanales Premyer Liqada yubiley – 30-cu qolunu vurub.  Stadium.Az xəbər verir ki, 2012/13 mövsümündə vurduğu 26 qolla çempionatın bombardiri adını qazanan cənubi amerikalı cari mövsümdə 4-cü dəfə fərqlənməklə 30-a çatıb. Nikolas buna XIX turun AZAL-la səfər oyununda nail olub.

Bununla da o, paytaxt təmsilçisinin tarixinə düşüb. Çilili “ağ-qaralar”ın Azərbaycan çempionatlarında çıxışları tarixində 30 və daha çox qol vuran 10 oyunçudan biri olub. Belə ki, 1992-ci ildən AZAL-la görüşədək yalnız 9 futbolçu “Neftçi”də 30-dan artıq qol vurmuşdu. Kanales bu siyahıya 10-cu kimi daxil olub.

1. Samir Ələkbərov – 99

2. Qurban Qurbanov – 66

3. Yunis Hüseynov – 58

4. Nazim Əliyev – 42

5. Bahodir Nasimov – 38

6. Nadir Nəbiyev – 37

7. Vadim Vasilyev - 32

8. Branimir Subaşiç – 31

9-10. Flavinyo – 30

Nikolas Kanales – 30

Ümumilikdə isə çempionatlar tarixində 30 və daha çox qol vuran 76-cı bombardir olan Kanales Kamal Quliyev, Ceyhun Sutanov, Valter Quqlemon və komanda yoldaşı Flavinyo ilə eyni göstəriciyə malikdir. Bu 76 oyunçudan 17-si legionerdir. Nikolas əcnəbi futbolçular arasında məhsuldarlığına görə Quqlemon və Flavinyo ilə birlikdə 15-17-ci yerləri bölür. (pfl-in saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail