Robert Prosineçki: "Bir neçə oyunçu var ki, məni yaxşı mənada təəccübləndirib" - MÜSAHİBƏ

02.02.2015 | 3949 dəfə oxunub

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin müsahibəsi: 

- Artıq xeyli müddətdir Azərbaycandasınız. Ümumi olaraq futbolmuz haqda nə deyərdiniz?

- Hər zaman qeyd etmişəm ki, Azərbaycan futbolunun yaxşı potensialı var. İstedadlı futbolçuları tapıb, üzə çıxarmaq üçün görüləsi işlərimiz çoxdur. Amma həmin futbolçuları yüksək səviyyəyə gətirməmiz üçün vaxt lazımdır. Aşağı yaş qruplarında oynayan yığmanın üzvlərinin oyunlarını da izləmişəm. Bu gün Azərbaycanda çox bacarıqlı futbolçular yetişir.

- Milli komandanın toplanışına az vaxt qalıb. Heyəti artıq müəyyənləşdirmisiniz?

- Nəzərdə tutduğum və özüm üçün müəyyənləşdirdiyim futbolçular var. Amma tam dəqiq siyahı yaxın günlərdə açıqlanacaq. Çünki hələ onlar tam hazır vəziyyətdə deyildi. Qış fasiləsindən sonra onları bir daha izləməyi düşünürdüm. Fasilə bitti və onların ilk oyunlarına baxıram ki, hansı vəziyyətdə olduqlarını görüm. Fevralda ilk toplanışımız olacaq. Həmin vaxt çalışacağıq ki, toplanışda ən yaxşı formada olan futbolçular iştirak etsin.

- Sizcə Azərbaycan futbolunun çatışmayan xüsusiyyətləri nələrdir?

- İlk növbədə stadionların boş olmasını qeyd edərdim. Stadionlarda daha çox azarkeş olsa, futbolçular da başqa cür futbol sərgiləyərlər. Sürət baxımından da Azərbaycan futbolu Avropadan geridə qalır. Amma klublar taktiki baxımdan yaxşı oynayırlar. Biz gördük ki, Azərbaycanın ən güclü komandası “Qarabağ”dır. Onlar Avropadakı oyunları ilə bunu sübut etdilər.

- Yığmaya əsasən hansı mövqeyə futbolçu seçimində çətinlik çəkirsiniz?

- Bir yox, bir neçə mövqedə futbolçu seçimində çətinlik çəkirik. Mərkəz müdafiəsi mövqeyi üçün Rəşad Sadıqov yaxşı formada olsa da, həmin mövqedə onu əvəzləyəcək gənc futbolçu problemi var. Sol müdafiədə də problemlər var. Ufuq Budaq da yaxşı təsir bağışlamadı. Orada da problemlərimiz var. Hücum xəttində Rauf Əliyev zədə alarsa, aşağı yaş qrupunda onu əvəzləyə biləcək bir gənc futbolçu görmüşəm. Onun oyunu maraqlı olacaq. Əsasən yaxşı vəziyyətdə olan yarımmüdəfiə xəttidir ki, burada Eddi İsrafilov, Dmitri Nazarov kimi futbolçularımızı qeyd edərdim.

- Sizcə, Azərbaycanda ən yaxşı gənc futbolçular yetişdirən klub hansıdır?

- Bir neçə oyunçu var ki, məni yaxşı mənada təəccübləndirib. “Qarabağ”ın futbolçusu Namiq Ələsgərovun adını çəkərdim. Dəqiq deyə bilmərəm Namiq Ələsgərov hansı məktəbin yetirməsidir. Amma o, gənc futbolçular arasında ən yaxşısıdır. Bu gün Namiq Avropada oynaya biləcək bir futbolçudur. Onun çox yaxşı potensialı var və üzərində daima işləyən oyunçudur. Ona milli komandada şans verəcəm ki, özünü yaxşı tərəflərdən göstərsin.

- Premyer Liqamızın oyunlarını izləyən zaman sizi çox sakit görürük. Milli komandanın oyunlarında da belə təmkinli olacaqsız?

- Oyunu kənardan izləməklə, komandanı baş məşqçi kimi meydana çıxarmaq tamamilə fərqlidir. Yığmaya rəhbərlik edərkən hisslər müxtəlif ola bilər. Meydanda vəziyyətdən asılı olaraq emosiyalar da fərqli olur. Ona görə də deyə bilmərəm ki, mən çox təmkinliyəm.

- Millimizin seçmə mərhələdəki rəqiblərindən biri də Xorvatiya millisidir. Bakıda keçiriləcək oyunun sizin üçün xüsusi əhəmiyyəti varmı?

- Bu dəqiqə mənim üçün əsas Malta yığması ilə oyundur. Çünki ilk oyunumuz məhz onlara qarşı olacaq. Əsas məqsədimiz meydanı qələbə ilə tərk etməkdir. Amma təbii ki, Xorvatiya ilə oyun bir qədər fərqli olacaq. Həm mən xorvatam, həm də 4 il Xorvatiya millisində köməkçi məşqçi kimi çalışmışam. Əlimizdən gələni edəcəyik ki, həmin qarşılaşmadan yaxşı nəticə ilə ayrılaq.

- Siz bu gün idman mətbuatımızın ən çox maraq göstərdiyi insanlardan birisiz...

- Bu, normal haldır. Çünki insanlar milli komanda haqnda tez-tez məlumat almalı, nələrin baş verdiyindən xəbərdar olmalıdırlar. Mən hər zaman mətbuatla ünsiyyətdə olmağa hazıram. Bu, mənim üçün xoşdur. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail