Mixail Sivakovun "Qəbələ"də ilk dublu

03.02.2015 | 3553 dəfə oxunub

2014-15 mövsümünün ikinci yarısına “Bakı” üzərində 2:0 hesablı səfər qələbəsi ilə başlayan “Qəbələ” yoxlama oyununda qüvvəsini sınayıb. Stadium.Az xəbər verir ki, “qırmızı-qaralar” Azərbaycan çempionatının I divizionunda çıxış edən “Zirə”ni sınağa çəkib. “Bakı” ilə matçda meydana çıxmayanlar və meydanda o qədər də çox vaxt keçirməyənlər, həmçinin əvəzedici heyətin üzvləri meydana çıxıb:

Anar Nəzirov (Cavidan Hüseynzadə), Ruslan Tağızadə, Sadiq Quliyev, Aleksandru Benqa (Sahil Mirzəyev), Bəhlul Mustafazadə, Adrian Ropotan, Emin Zamanov , Ekiqo Ehiosun (Ehtiram Şahverdiyev), Mixail Sivakov, Tellur Mütəllimov (Qismət Alıyev), Ramin Həsənov.

ADBTİA-nın stadionunda keçirilən qarşılaşmada “Qəbələ” qalib gəlib – 3:1.Yoxlama oyununun taleyini ilk yarıda iki qol vuran Mixail Sivakov həll edib. Belaruslu legioner 10-cu və 42-ci dəqiqələrdə rəqib qapısına yol tapıb. “Qırmızı-qaralar”ın 3-cü qolunu isə Ekiqo Ehiosun vurub. O, matçın 67-ci dəqiqəsində zirəliləri məyus edib.

Qeyd edək ki, “Qəbələ” Topaz Premyer Liqasında növbəti oyununu fevralın 6-da öz meydanında AZAL-a qarşı keçirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail