"Rəvan"da klubdaxili toplantı

03.02.2015 | 3385 dəfə oxunub

I divizionda mübarizə aparan "Rəvan" ikinci dövrənin hazırlığını davam etdirir. Stadium.Az xəbər verir ki, yanvarın 27-dən etibarən Salyan Olimpiya Kompleksində məskunlaşan "aslanlar” əsasən texniki-taktiki çalışmalara üstünlük verir.

Fevralın 1-də baş tutan "Rəvan” – MOİK yoxlama matçının ardından klub rəhbərliyi ilə məşqçilər korpusu arasında görüş keçirilib. Toplantıda komandanın hazırlıq dönəmindəki məşqləri, yoxlama oyunları və transfer çalışmaları müzakirə olunub.

Klubun vitse-prezidenti İlqar Axundov görülən işlərin qənaətbəxş olduğunu, komandanın durumunun rəhbərliyi qane etdiyini ifadə edib. Baş məşqçi Ramil Əliyev isə öz növbəsində, yaradılan şəraitdən razı qaldığını, təlim-məşq toplanışının plana uyğun getdiyini bildirib. O, yeni transferlərin komandanın gücünə güc qatdığını və "Rəvan”ın ikinci dövrədə daha yaxşı təsir bağışlayacağına əmin olduğunu söyləyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail