"İndi vitse-prezident xadiməçilərə, ot biçənlərə görə məsuliyyət daşıyır?"

03.02.2015 | 5644 dəfə oxunub

Son günlər “Neftçi” “mətbuatın” diqqət mərkəzindədir. Stadium.Az xəbər verir ki, bir sıra KİV orqanları bu komandanı ciddi tənqid edir. Qış fasiləsindən sonra flaqmanın çempionata AZAL məğlubiyyəti və bərbad oyunla başlaması isə tənqidləri daha da artırıb. Bununla bağlı “Neftçi”nin eks vitse-prezidenti Tahir Süleymanovla danışdıq. Saytımıza açıqlamasında Tahir müəllim yaşananlara çox kəskin reaksiya verdi:

“AZAL məğlubiyyətindən sonra baş məşqçi Arif Əsədov kəskin tənqid olunur. Məgər “Neftçi”də vitse-prezident vəzifəsi ləğv edilib? Niyə bütün ittihamlar ancaq baş məşqçiyə ünvanlanır ki? Bizim vaxtımızda “zemlya-vozdux” raketleriylə üstümüzə gəlirdilər. Bəs indi nə dəyişib ki? Yoxsa, indi vitse-prezident xadiməçilərə, ot biçənlərə görə məsuliyyət daşıyır? Antalyada komandanın təlim-məşq toplanışının qızğın çağında düşərgə nəzarətsiz qoyulur və səlahiyyətli şəxs UEFA-nın tədbirinə qatılır. Bunun qarşılığında başqa nə gözləmək olardı ki?! Bir əldə neçə qarpız tutmaq olar? Futzalın, çimərliyin “Neftçi”yə nə aidiyyatı var? Bizim vaxtımızda ən məsul və vacib tədbirlərə belə klubun digər nümayəndələri ezam olunurdu ki, komanda nəzarətsiz qalmasın. Xalqın komandasına belə münasibət bəsləmək qəti yolverilməzdir. Gəliblər, buyursunlar, işləsinlər. Mətbuata “KİV-ə ayrılan reklam pulları kəsilərək uşaq futboluna avtobus alınacaq” deməkdənsə, futbolçuların məsuliyyətsiz oyununa diqqət etmək lazımdı. Əgər belə davam edərsə, özləri də “Neftçi”yə köhnə avtobus kimi paz olacaqlar”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail