Çixradze üçün yubiley oyunu

05.02.2015 | 3510 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XX turunun “Neftçi” ilə oyunu “Simurq”un baş məşqçisi Georgi Çixrazde üçün əlamətdar olacaq. Stadium.Az xəbər verir ki, gürcüstanlı mütəxəssis Zaqatala təmsilçisini yubiley – 100-cü dəfə meydana çıxaracaq. 2012-ci il martın 17-də “Turan”la evdə keçirilən Premyer Liqa oyununda (1:1) komandanın baş məşqçisi postunda debüt edən Çixradze bu günədək 99 rəsmi qarşılaşmada iş başında olub.

Yubiley oyununadək mütəxəssis 94 çempionat və 5 kubok matçında Zaqatala təmsilçisinə rəhbərlik edib. Premyer Liqada 99 dəfə futbolçularının qoluna sevinən gürcüstanlı bu göstəricidə də yubileyin astanasındadır. Lakin bunun üçün “Simurq” səfərdə qol vurmalıdır.

Qeyd edək ki, ölkəmizdə yalnız bir klubun “sükanı arxasında” olan Çixradze Azərbaycan karyerasında 100 və daha çox oyun keçirən 6-cı legioner baş məşqçi kimi tarixə düşəcək. Onadək Kaxaber Sxadadze (257), Roman Pokora (126), Valentin Xodukin (113), İbrahim Uzunca (109), Qyoko Hacievski (101) müxtəlif miqyaslı yarışlarda (Premyer Liqa, kubok, Superkubok, avrokuboklar, Birlik kuboku, I divizion, əvəzedicilər) Azərbaycan klubunu üst-üstə 100-dən artıq matçda baş məşqçi funksiyasını yerinə yetirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail