"Xəzər Lənkəran"ın "Rəvan" sınağı rəqəmlərin gözüylə

27.08.2011 | 4754 dəfə oxunub

Bu gün "Xəzər Lənkəran" Premyer Liqada növbəti səfər oyununa çıxacaq. Stadium.az xəbər verir ki, "Rəvan"ın qonağı olacaq komanda çempionata uğurlu startın davamını gətirməyə çalışacaq. Komandaların geridə qalan həftələrdə əldə etdikləri göstəricilər kifayət qədər fərqlidir. "Xəzər Lənkəran" hər üç oyunda qalib gəldiyi halda, "Rəvan"ın aktivində yalnız bir xal var. Bu xal son turda "Simurq"a qarşı keçirilmiş oyunda qazanılıb. Bu səbədən rəqibin növbəti məğlubiyyəti almamaq üçün tam gücü ilə oynayacağını gözləməyə dəyər."Xəzər Lənkəran" bu mövsüm hələlik yeganə səfər oyunundan 3:0 hesablı qələbə ilə dönüb. Bu nəticə AZAL ilə oyunda qeydə alınıb. "Rəvan" isə ikinci turda evdə "Neftçi"yə 0:1 hesabı ilə məğlub olub.Üç turdan sonra komanda çempionatda ən çox qol vurmuş tərəfdir. Üç turda vurulmuş 8 qol klub tarixində ən yaxşı nəticədir. "Rəvan" isə çempionata hələlik 3 dəfə fərqlənməyi bacarıb. "Xəzər Lənkəran" iki qol buraxdığı halda, rəqib beş dəfə topu qapısında görüb.

Bu oyun komandaların qarşılaşdığı ilk görüş olacaq. 2009-cu ildə əsası qoyulan "Rəvan" birinci divizionda ikinci pilləni tutaraq bu mövsüm yüksək dəstədə oynamaq şansı əldə edib. Xatırladaq ki, digər debütant "Sumayıt Şəhər" komandası ilə "Xəzər Lənkəran" ilk turda qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib. Komanda bu oyuna tam heyətlə hazırdır. Baş məşqçinin qərar verəcəyi halda, yeni transferlər Antonio Semedo və Mario Rosas məhz "Rəvan"la qarşılaşmada öz debütlərini edə bilərlər. Üç turdan sonra müvafiq olaraq üç və iki dəfə fərqlənmiş Opara və Subaşiç də görüşə hazır vəziyyətdədirlər.Qarşıdan gələn oyunda meydana çıxacağı təqdirdə Elvin Beqiri "Xəzər Lənkəran" formasında 50-ci oyununu keçirəcək. Həmçinin "Rəvan"la oyun Emeka Opara üçün komandamızın heyətində 45-ci, Katalin Doman üçün isə 30-cu qarşılaşma ola bilər.

Bu turda da qalib gələcəyi halda Mirça Rednik "Xəzər Lənkəran"la ölkə çempionatı çərçivəsində iyirminci qələbəsini əldə edəcək. Ümumilikdə isə tarixi ərzində müxtəlif yarışlarda 149 qələbə qazanan komandamız bu gün 150-ci dəfə oyunu qalib tərk etmək şansına malikdir. Matç həmçinin "Xəzər Lənkəran"ın bu il istifadəyə verilmiş "Dalğa Arena" stadionunda ilk oyunu kimi də tarixə düşəcək.

Görüşün baş hakimi Rauf Cabbarov olacaq. Ona Coşqun Həsənov və Munis Abdullayev assistentlik edəcəklər. Ehtiyat hakim Hacıəli Əliyevdir. "Rəvan" - "Xəzər Lənkəran" oyunu avqust ayının 27-si, saat 20:00-da start götürəcək. Qarşılaşma "Space" telekanalı vasitəsilə canlı yayımlanacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail