"Azərbaycan və Ermənistan arasındakı münaqişədən xəbərim var, amma..."

05.02.2015 | 3932 dəfə oxunub

Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq müdafiəçisi Şamil Qurbanov Ermənistanın "Uliss" klubuna transferindən danışıb. Azerisport.az saytına açıqlamasında o, öncə bunları söyləyib:

"Uliss"ə keçməyim mümkündür. Amma hələ müqavilə imzalanmayıb. Menecerim necə desə, elə də olacaq".

Qurbanov Azərbaycan yığmasındakı perspektivindən də danışıb: "Fikrimcə, belə bir perspektiv onsuz da yoxdur. Milli komandaya son dəvətim məni çox məyus etdi. Xüsusilə də insanların mənə münasibəti. Məşqçilər korpusunda yer alan şəxslərdən gözləmədiyim münasibəti gördüm. Ad açıqlamayacağam. Amma bu, Bernard Lippert deyildi. O, məni çox bəyənirdi. U-19-da rəhbərliyi altında oynadığım Vəli Qasımova da böyük hörmətim var. O, doğrudan da böyük insandır. Amma çətin ki, mən bir daha orada oynayım".

Şamil bir daha Azərbaycan millisində oynamaq istəmədiyini bildirib: "Azərbaycan yığmasını çoxdan unutmuşam. Artıq sakitləşmişəm və qərara gəlmişəm ki, bir daha ora gəlməyim. Ermənistan klubunda oynamağım mümkün olsa da, hələ heç bir müqavilə yoxdur. Azərbaycan və Ermənistan arasındakı münaqişədən xəbərim var. Hər iki xalqa hörmətim var. Amma mən bu münaqişənin iştirakçısı deyiləm. Sadəcə, futbol oynamaq istəyirəm. Mən siyasətçi yox, adi bir Rusiya vətəndaşıyam. Başa düşürəm ki, yerli oyunçu kimi Azərbaycan klublarında daha çox pul qazana bilərdim. Amma mənə kömək edə biləcək yolla gedirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail