UEFA-dan "Qarabağ"la bağlı gözlənilməz qərar

05.02.2015 | 6542 dəfə oxunub

Bu gün UEFA-nın uzun müddətdi gözlənilən qərarı açıqlanıb. Stadium.Az klubun saytına istinadən xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin son turunda “İnter”lə keçirdiyi oyunda təmiz qolunun çexiyalı hakim Miroslav Zelinka tərəfindən qeydə alınmaması ilə bağlı müraciətinə baxılıb.

UEFA-nın iclasında Ağdam klubunun şikayəti təmin edilməyib. Oyunun təkrar keçirilmə və ya qolun sayılma variantı isə baş tutmayacaq. Bundan başqa, kobud səhvə yol verdiyi üçün Zelinka da cəzalandırılmayacaq.

Qeyd ki, “Qarabağ” – “İnter” matçının son saniyələrində Riçard Almeyda toru silkələsə də, Zelinka epizodu ofsayd kimi qiymətləndirərək, qolu saymamışdı. Nəticədə “köhlən atlar” qrupda 3-cü yeri tutaraq, Avroliqada mübarizəni dayandırmışdılar.



  #1   Adınız: Zaur;   E-mail: xxxxx

06.02.2015 00:37

eybi yox canin sag olsun Qarabag ... Inwallah novbeti oyunlarda sene
ugurlar

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail