Elvin Camalov: "Matça köklənib, xarakter göstərməliyik"

06.02.2015 | 3765 dəfə oxunub

Premyer Liqada növbəti oyununa çıxacaq “Qəbələ” bu gün AZAL-ı qəbul edəcək. Stadium.Az klubun saytına istinadən xəbər verir ki, 2015-ci ilin ilk ev matçından 2 gün əvvəl komandanın düşərgəsində əlamətdar hadisə yaşanıb. Belə ki, gənc futbolçu Elvin Camalov 20 yaşını qeyd edib. Maraqlıdır ki, “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan yubilyar əsas komandada 20 matç keçirib. Sabah 21-ci dəfə “qırmızı-qara” forma geymək imkanı olan Camalov akademiyanın yetirmələri arasında əsas komandada ən çox oyun keçirən Müşfiq Teymurovun rekordunu təkrarlaya bilər. 

Camalov bununla bağlı təəssüratlarını klubun rəsmi saytına açıqlayıb: "Dayaq yarımmüdafiəçisi olsam da, hər oyunda qol vurmaq istəyim böyük olur. Akademiyanın yetirməsiyəm və klubda qol hesabımı açmaq istəyirəm. Qol vursam, karyeramın ən gözəl günlərindən biri olacaq. Bunun ad günümdən iki gün sonraya təsadüf etməsi isə ikiqat sevindirici olar. Əsas komandada daha çox oyun keçirmək istəyirəm. Təbii ki, rekordçu olmaq sevindiricidir. Amma mən bu rəqəmin daha böyük olmasını istəyirəm. Oynadığım hər qarşılaşmaya məsuliyyətlə yanaşıram. Gənc olduğumdan tapşırıqların üzərində daha çox çalışıb, özümü yaxşı tərəfdən göstərmək istəyirəm".

Gənc futbolçu AZAL-la görüşdə qalib gəlib, azarkeşlərini növbəti 3 xalla sevindirmək istədiklərini bildirib. Yarımmüdafiəçi qalib gəlməyin sirrini də açıqlayıb: 

"AZAL-la qarşılaşmada isə ilk dəqiqələrdən öz oyun sistemimizi ortaya qoymağa çalışacağıq. Bu qarşılaşma bizim 2015-ci ildə ilk ev oyunumuzdur. Əlimizdən gələni edəcəyik ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirib, qələbə ilə azarkeşlərimizi sevindirək. Cari mövsümdə AZAL-a qalib gələ bilməmişik. İlk dövrədə uduzduğumuz qarşılaşmada "18-liy"ə düşsəm də, meydana çıxmamışdım. İkinci dövrədəki oyunu isə 4 sarı vərəqə üzündən buraxmışdım. Bu dəfə onlara qarşı oynamaq imkanı qazansam, komandamızın qələbə qazanması üçün bütün bacarığımı ortaya qoyacağam. Qarşılaşmaya bütün oyunlarda olduğu kimi, çox ciddi şəkildə hazırlaşırıq. Artıq bütün fikrimizi də bu matça yönəltmişik. Rəqibi də təhlil etmişik. AZAL-ın hər oyunçusu, hər mövqeyi üzrə müsbət və mənfi cəhətləri bilirik. Matça köklənib, xarakter göstərməli və əzmkar oyunla qələbə qazanmalıyıq. Bu görüşdə 3 xal qazanmaq üçün ilk növbədə də köklənmək və xarakter lazımdır. Biz də meydana çıxıb, ən yaxşı oyunumuzu göstərməklə, qalib gəlmək istəyirik. Bunun sayəsində bütün qarşılaşmalarda qalib gələ bilərik".

Qeyd edək ki, sabah keçiriləcək “Qəbələ” – AZAL matçı saat 14:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail