"Bakı" rəsmisi: "Komandalar yeni formalarla təmin edilib" - MÜSAHİBƏ

09.02.2015 | 4777 dəfə oxunub

"Bakı"nın aşağı yaş qrupları üzrə koordinatoru Məqsəd Yaqubəliyev klubun rəsmi saytına müsahibə verib. Stadium.Az həmin müsahibəni təqdim edir:


- Qış tətilindən sonra Akademiya əvvəlki iş rejiminə qayıdıb. Çempionatlara hazırlıq prossesi necə gedir? 
- Yanvarın 5-dən U-19, U-16, U-15 və əvəzedicilər qış hazırlıq prossesinə başladı. Digər komandalar isə hazırlığa ayın 12-də start verdi. Aşağı yaş qrupları üzrə bütün komandalar hazırlığı bazamızda keçirirlər. 

- Məşqlərin keyfiyyəti və qrafikinin təşkilində nə kimi irəliləyişlər və yeniliklər var? 
- Gənc futbolçuların təhsilini nəzərə alaraq onların məşq qrafikinin məktəb saatlarına uyğun qurulmasında heç bir problemimiz yoxdur. Onların məşqlərə gəliş-gedişinin təmin edilməsi məqsədi ilə avtobuslarımız metronun "20 yanvar" stansiyasının yaxınlığından müvafiq qrafik əsasında hərəkət edir. Komandaların məşq etməsində nə meydança problemi nə də vaxt problemi yoxdur. Gərək olduğunda süni işıqlandırmadan da istifadə olunur. Hava şəraitindən asılı olaraq məşqlərimizi bəzən qapalı meydançamızda da keçiririk. Yeniliklərimiz çoxdur. Bu günlərdə komandalar yeni formalarla təmin edilib. Məşqçilərimiz xüsusi proqram əsasında məşqlərini qurur, onların keçirdiyi məşqlərə idman direktoru və tərəfimdən nəzarət olunur. Məşqlərin təhlili aparılır, hər ay onlara alman mütəxəssis Torsten Spitler tərəfindən seminar keçirilir. Sevindirici haldır ki AFFA tərəfindən keçirilən U-12 və U-13 turnirləri bizim qapalı futbol meydançamızda keçirilir. 

- Akademiyanın iş rejimi ilə bağlı məlumat verərdiniz? 
- Akademiyada bütün yaş qruplarından seçilmiş 27 yeniyetmə yaşayır. Onlar gündə 3 dəfə olmaqla qidalanır və təhsillərini yaxınlıqdakı məktəblərdə davam etdirirlər. Onların buradakı asüdə vaxtlarının səmərəli keçirmələrinə nəzarət məqsədi ilə hər gün bir məşqçi-müəllim növbətçi qalır. Həmin uşaqların gələcəkdə Azərbaycan futboluna fayda verəcəyinə inanırıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail