Azərbaycan çempionatında növbəti ukraynalılar?

11.02.2015 | 3316 dəfə oxunub

Ukrayna mətbuatı hazırda klubsuz olan 10 yerli futbolçunun siyahısını dərc edib. Stadium.AZ saytının məlumatına görə, həmkarlarımız onlardan üçünün karyerasını Azərbaycanda davam etdirə biləcəyini yazıblar.

 

Siyahıda adı olan Yevgeni Opanasenko “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun maraq dairəsində olsa da, 25 yaşlı futbolçu ölkəmizə gəlmədi. “Çernomorets”dən ayrıldıqdan sonra işsiz qalan müdafiəçinin adı indi “Vorskla” ilə birgə hallanır.

 

“Vorskla”da heç bir il qalmayan Ukrayna millisinin müdafiəçisi Aleksandr Romançukun ölkəsini tərk edərək Qazaxıstan və ya Azərbaycana köçməsi gözlənilir.

 

Azərbaycan əsilli Aleksandr Əliyev də hazırda azad agent statusu daşıyır və özünə yeni komanda axtarır. Ukraynalıların iddiasına görə, son klubu “Anji” olan Ukrayna millisinin yarımmüdafiəçisi “Kasımpaşa” və “Qarabağ” arasında seçim edəcək.

 

Qeyd edək ki, hazırda ölkəmizdə 4 ukraynalı futbolçu çıxış edir. Bunlar Aleksey Qay, Ruslan Fomin, Dmitri Bezotosnı və Valeri Kutsenkodu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail