"Neftçi" və PFL Nazim Süleymanovu təbrik etdi - FOTOLAR

11.02.2015 | 3771 dəfə oxunub

Azərbaycan futbolunun canlı əfsanəsi Nazim Süleymanov üçün əlamətdar həftədir. Stadium.Az xəbər verir ki, veteran hücumçu 50 illik yubiley ərəfəsindədir. Azərbaycanda və onun hüdudlarından kənarda möhrünü vurmuş Süleymanov eyni zamanda bir şəxsiyyət kimi cəmiyyətdə öz yerini tutub.

Futbolçu kimi "Neftçi"də məşhurlaşan hücumçu Rusiya çempionatında da öz bacarığını göstərib. Şimali Osetiyanın fəxri vətəndaşı, “Alaniya” tarixinin ən çox qol vuran legioneri olan Süleymanov “Xəzər Lənkəran”ın yaradıcılarındandır. “Xəzər Lənkəran”ın ilk baş məşqçisi kimi tarixə düşən Süleymanov “Neftçi”də həm futbolçu, həm də məşqçi kimi fəaliyyət göstərib. Azərbaycan futbolunun təşəkkül tapmasında, inkişafında xidməti olan şəxsi Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev  “Neftçi” və “Xəzər Lənkəran” klublarının oyunundan öncə “Bakcell Arena”da təbrik edib. Nazim Süleymanova xatirə hədiyyəsi təqdim olunub. Eyni zamanda, “Neftçi” klubunun vitse-prezidenti Elnur Məmmədov veteran hücumçuya 50 nömrəli futbolkanı və klubun digər atributlarını təqdim edib. 

Qeyd edək ki, Süleymanovun yubileyi ilə bağlı tədbirlər davam edəcək. Yaxın günlərdə “Neftçi” və “Alaniya” klubunun veteranlarının oyununun təşkili nəzərədə tutulub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail