"Qəbələ" turnirin qalibi oldu

12.02.2015 | 3001 dəfə oxunub

Bu gün AFFA-nın təşkil etdiyi “Bakcell U-14 Elit Kuboku” turnirə yekun vurulub. Stadium.Az xəbər verir ki, 16 komandanın mübarizə apardığı turnirin son günündə həlledici qarşılaşmalar keçirilib. 

III yer uğrunda oyunda “Bakı” və “Neftçi” komandaları qarşılaşıb. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha 1 qol vuran “Bakı” turniri üçüncü pillədə başa vurub.

Final oyunu “İnter” və “Qəbələ” komandaları arasında keçirilib. Rəqibini 3:0 hesabı ilə məğlub edən “Qəbələ” “Bakcell U-14 Elit Kuboku” turnirinin qalibi adını qazanıb.

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, Bakcell şirkətinin nümayəndəsi Ayaz Əhmədov, Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov və “İnter” klubunun prezidenti Georgi Nikolov təqdim ediblər.

Yığmamızın xorvatiyalı çalışdırıcısının təqdim etdiyi “Bakcell U-14 Elit Kuboku”nu başı üzərinə qaldıran "Qəbələ"nin U-14 komandasının üzvləri fərdi mükafatlarla da təltif olunub. G.Nikolov turnirin ən yaxşı futbolçusu seçilən İdris İnqilablıya, F.Nəcəfov isə finalda dubl müəllifi olan Samir Qurbanova yarışın ən sərrast oyunçusu mükafatını təqdim edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail