"Sumqayıt" bəyanat yaydı: Təvəkkül Məmmədov qayıtmasa...

16.02.2015 | 3892 dəfə oxunub

"Sumqayıt" komandanı icazəsiz tərk edən Təvəkkül Məmmədov haqda bəyanat yayıb. Stadium.Az xəbər verir ki, bəyanatda bunlar qeyd olunub:
 
"Sumqayıt" Futbol Klubunun yarımmüdafiəçisi Təvəkkül Məmmədov 2015-ci il fevralın 13-də heç bir əsas olmadan komandanın düşərgəsini tərk edərək ailəsinin yaşadığı Rusiyaya yola düşüb. Adıçəkilən futbolçu bu barədə nəinki klubun rəhbərliyinə, heç məşqçi heyətinə belə məlumat verməyib. Bu hadisədən dərhal sonra futbolçu ilə əlaqə yaradılıb və ona komandanın düşərgəsinə təcili qayıtmaq göstərişi verilib. Xəbərdarlığa baxmayaraq, Təvəkkül Məmmədov hələ də komandanın sıralarına qoşulmayıb.
 
Klubu olaraq bu cür halları pisləyirik. Futbolçu və onu təmsil edən tərəflər "Sumqayıt" FK ilə müvafiq qaydada bu məsələni tezliklə həll etməyəcəyi təqdirdə, klub aidiyyəti qurumlara müraciət edərək, futbolçunun ciddi şəkildə cəzalanmasını tələb edəcək.
 
Qeyd edək ki, Təvəkkül Məmmədovun 02.06.2014-cü ildə "Sumqayıt" FK ilə imzalanmış müqaviləsi 31.05.2016 tarixinədək qüvvədədir. Sazişin qüvvədə olduğu müddət ərzində, adıçəkilən futbolçu FİFA-nın bayrağı altında keçirilən heç bir yarışda iştirak edə bilməz.
 
Qeyd olunduğu kimi, klubla futbolçu arasında tez bir zamanda razılıq əldə olunmasa, "Sumqayıt" Futbol Klubu yaranmış hadisə ilə əlaqədar olaraq, müvafiq strukturlara (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Peşəkar Futbol Liqası, Rusiya Futbol İttifaqı və FİFA) şikayət vermə hüququna malikdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail