"Qəbələ"də iki yeni futbolçu

17.02.2015 | 2798 dəfə oxunub

“Qəbələ” növbəti yoxlama oyununu keçirib. Stadium.Az klubun saytına istinadən xəbər verir ki, Roman Qriqorçukun yetirmələri klubun U-19 komandasını sınağa çəkib. Premyer Liqanın XXII turundan bir gün sonra baş tutan matçda “Neftçi” ilə görüşdə iştirak etməyənlər, həmin qarşılaşmanın sonlarında meydana daxil olanlar – Ruslan Fomin, Sadiq Quliyev, həmçinin iki yeni futbolçu qüvvəsini sınayıb. 

“Qırmızı-qaralar” oyuna aşağıdakı heyətlə çıxıb: Dmitri Bezotosnı, Rikardinyo, Sadiq Quliyev, Pavol Farkaş, Ürfan Abbasov, Tellur Mütəllimov, Aleksandru Benqa, Qismət Alıyev, Ruslan Tağızadə, Ruslan Fomin, Sebai Senin.

“Qəbələ” ilə müqavilə imzalayan braziliyalı Rikardinyo müdafiənin solunda yer alıb. Baxışa dəvət edilən Fil Dişi Sahilindən olan Sebai Senin isə hücumun sivri ucunda sınanıb. Oyunun gedişində Cavidan Hüseynzadə və Ehtiram Şahverdiyev də meydana daxil olub.

Əsas komandanın üstünlüyü ilə keçən qarşılaşmada Qriqorçukun yetirmələri 3:0 hesablı qələbə qazanıb. U-19-un qapısına vurulan qollardan ikisinə Fomin imza atıb. Ukraynalı ilə yanaşı, digər hücumçu – baxışda olan Sebai də fərqlənib. O, yoxlama oyununda 1 qol vurub.

Qeyd edək ki, “qırmızı-qaralar” Premyer Liqada növbəti oyununu fevralın 19-da öz meydanında “Xəzər Lənkəran”a qarşı keçirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

28.11.2022

27.11.2022

22:00  Xorvatiya - Kanada - 4:1 VİDEO

01:03  Argentina - Meksika - 2:0 VİDEO

26.11.2022

22:10  Fransa - Danimarka - 2:1 VİDEO

16:12  Tunis - Avstraliya - 0:1 VİDEO

25.11.2022

22:07  Niderland - Ekvador - 1:1 VİDEO

19:10  Qətər - Seneqal - 1:3 VİDEO

16:09  Uels - İran - 0:2 VİDEO

02:54  Braziliya - Serbiya - 2:0 VİDEO

24.11.2022

01:04  Almaniya - Yaponiya - 1:2 VİDEO

00:58  Belçika - Kanada - 1:0 VİDEO

23.11.2022

30.04.2022

03:14  "Zirə"nin tarixi oyunu VİDEO

29.04.2022

28.04.2022

11:41  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

27.04.2022

11:24  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.04.2022

20.04.2022

04:38  "İnter" - "Milan" - 3:0 VİDEO

19.04.2022

18.04.2022

03:39  PSJ - "Marsel" - 2:1 VİDEO

03:32  "Sevilya" - "Real" - 2:3 VİDEO

17.04.2022

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail