AFFA və PFL Yunis Hüseynovu doğulmağa peşman edib: "Gərək anadan olmayaydım"

18.02.2015 | 3312 dəfə oxunub

Fevralın 17-si, yəni bu gün Azərbaycan futbolunda iz qoyan azsaylı şəxslərdən olan Nazim Süleymanovun doğum günüdür. Sevindirici haldır ki, ömrünün 50-ci baharını yaşayan Süleymanov AFFA və PFL tərəfindən diqqətdən kənarda qalmadı. Futbol qurumlarımız Süleymanovu müxtəlif cür təbrik etdilər Bir vaxtlar Azərbaycan adını hücumçu olaraq Rusiyada və rusiya klubunda Avropada təmsil edən Nazim müəllimi redaksiyamız adından biz də təbrik edirik. Ömrü uzun, həyatı firavan olar, inşAllah. Bütün bunlar öz yerində.

Məsələ ondadır ki, fevralın 1-i daha bir veteran futbolçu, hazırda "Xəzər Lənkəran”da idman direktoru olan Yunis Hüseynovun da doğum günü idi. Amma nədənsə, Yunis müəllimi təbrik edəni görmədik. Yəni Hüseynovun doğum günüylə bağlı nə AFFA-nın, nə də PFL-in saytında hansısa xəbərə rast gəlinmədi. Futbol qurumlarımız veteranlar arasında ayrıseçkilik edir, yoxsa, bu məqam simaların harada işləməsiylə bağlıdır?

Yunis Hüseynov "Xəzər Lənkəran”da çalışdığından, əvvəlcə bu məsələyə Cənub klubunun münasibətin öyrəndik. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məsələyə belə aydınlıq gətirdi:

"Yunis müəllim elə bir insandır ki, televiziyaya çıxan deyil, mətbuatda da çox az-az açıqlamalarına rast gəlmək olar. Nə AFFA-nı, nə də PFL-i tənqid edib. Elə məşqçilər var ki, bu kanaldan qovurlar, o birinə gedir. O kanalın da qapısından qovurlar, pəncərəsində içəri girir. Futbol qrumları tərəfindən Yunis Hüseynova göstərilən bu münasibət mənim üçün çox qaranlıqlı qalıb. Ən azından Yunis müəllimi AFFA-ya dəvət edib görüş keçirmək olardı. Bir "A-4”ə əllə "Yunis müəllim, sizi təbrik edirik” sözərin yazıb verə bilərdilər, amma bunu da etmədilər. Niyə belə edirlər, bilmirəm. inşAllah Yunis müəllim bundan sonra 50 il də yaşasın və başqa klublarda da işləsin. Baxaq görək, o zaman Hüseynova münasibət necə olacaq. Axı "Xəzər Lənkəran” da bu ölkənin klubudur”.

Bunlar "Xəzər Lənkəran” rəsmisinin münasibəti idi. Bəs AFFA? Onlar niyə ögey münasibət bəsləyirlər? Buna isə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu aydınlıq gətirdi: "Yunis müəllimi şəxsən mən özüm və AFFA-nın baş katibi Elxan Məmmədov zəng edərək təbrik edib. Sadəcə o zaman AFFA rəhbərliyi Bakıda olmadığından, bu, daha geniş şəkildə olmadı. Elxan müəllim ölkə xaricində olmasına baxmayaraq, zəng edərək təbrik etdi. Burada ögey münasibətdən söhbət gedə bilməz”.

Maraqlıdır, adi bir məsələni rəsmi saytında işıqlandıran assosiasiyanın rəsmi saytı buna niyə biganə qalıb? Yoxsa sayta xəbərləri Elxan Məmmədov yerləşdirirmiş? Xaricdə olduğundan bunu edə bilməyib? Hər halda, bu suallar cavabsız qalır...

Bəs Yunis Hüseynov özü nə düşünür? Yunis müəllimin öz dilindən dediklərinə diqqət edək: "(ürəkdən gülür) Bu ad günü də başıma bəla oldu da. Xəbərin var, gərək mən anadan olmayaydım e...Yada salan da, yada salmayan da, çox sağolsun. Əsas odur ki, mənim istədiyim insanlar təbrik etdilər. Gərək anadan olmayaydım e, bu nədi ə. Vicdan haqqı hə, olmasam yaxşı imiş. AFFA-dan Elxan müəllim (baş katib Elxan Məmmədov), Mikayıl müəllim (AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu), PFL-dən Aslan müəllim (PFL-in İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev) zəng edərək təbrik etdilər. İndi mən neynəyim ki, bunu saytlarına qoymayıblar? Yəqin belə məsləhət olub da. Məndə onsuz da hər şey gizli olur. Əməkdar məşqçi olanda da gizli olmuşdum. Gecə saat 11-də Elxan müəllim zəng edərək təbrik etdi”.

Yunis müəllimin sözlərindən də anlaşılır ki, ona bəslənilən ögey münasibətdən narazıdır. Bəs səbəb nədir? Azərbaycan futbolunun başbilənləri haqda zərrə qədər də olsun mənfi fikir söyləməyən, əksinə, futbolumuzda xidmətləri olan insanlardan olan Yunis müəllim niyə diqqətdən "offsayt”da qalır? Yoxsa buna səbəb onun hazırda "Xəzər Lənkəran”da işləməsidir?

Bizim üçün də bunun fərqi yoxdur. Sadəcə AFFA və PFL-in veteran futbolçulara ikili yanaşmasının səbəbin öyrənməyə çalışdır. 50 yaşını qeyd edən və diqqətdən kənarda qalan Yunis Hüseynov da, 50 yaşlı Nazim Süleymanov da bizimkidir. Hər ikisinə uzun ömür, firavan həyat arzulayırıq. (goal.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail