"Kəpəz"in futbolçusu: "Bakıdan xalla dönəcəyimizə inanırdıq"

29.08.2011 | 4895 dəfə oxunub

“Oyuna ciddi hazırlaşmışdıq. Rəqibimizin güclü olduğu məlum olsa da, səfərdən xalla qayıtmaq ümidini itirmirdik”. Stadium.az xəbər verir ki, bu sözləri Gəncənin “Kəpəz” klubunun ukraynalı futbolçusu Yuri Fomenko deyib.
25 yaşlı futbolçu Azərbaycanda ilk açıqlamasını verib. “Bakı” - “Kəpəz” oyununda dubl edən futbolçu sevincini gizlətməyib: “Qalib gəlməyimizə baxmayaraq, oyun çox çətin keçdi. Əslində, biz öncəki oyunlarda da yaxşı mübarizə aparmışdıq. Qələbə qisməti bu günə imiş. Dubl etdiyimə görə sevinirəm. Amma bu təkcə mənim yox, bütün komandanın əziyyəti nəticəsində mümkün oldu. Bu işdə yoldaşlarım mənə kömək oldu”.
Fomenko oyundan öncə özü ilə fərdi söhbət apardığını deyib: “Bundan öncəki 3 oyunun iştirakçısı olsam da, qol vurmamışdım. Artıq fərqlənməyin vaxtı çatmışdı. Oyundan öncə qol vurmağın yollarını çox axtarmışdım. İnanıram ki, bu qolların davamı növbəti oyunlarda da gələcək. Milli komandanın oyunları ilə əlaqədar olaraq, çempionatda fasilə yaransa da, boşalmaq fikrim yoxdur. Həm komanda tərkibində, həm də fərdi planda hazırlaşıb daha yaxşı formaya düşmək arzusundayam”
Qeyd edək ki, Yuri Fomenko “Simurq”un sabiq çalşıdırıcısı Roman Pokoranın başçılıq etdiyi “Helius”dan “Kəpəz”ə transfer olunub. Forvardın sabiq komandası yerli çempionatın birinci dəstəsində mübarizə aparır.
 

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail