Elşən Məmmədov: "Foqts mənim potensialıma bələddir"

29.08.2011 | 5823 dəfə oxunub

“Bir müddət ehtiyatda qaldıqdan sonra yenidən əsas heyətdə meydançaya çıxdım. Baş məşqçi Elxan Abdullayev məni ənənəvi mövqeyimdə oynatmasa da, bəslənilən ümidləri doğrulda bildim”. Stadium.az xəbər verir ki, bu sözləri milli komandamızın və AZAL-ın futbolçusu Elşən Məmmədov deyib.
31 yaşlı futbolçu Şüvəlan qəsəbə stadionunda keçirilən AZAL - “Neftçi” görüşündə dubl edərək, komandasının 3:1 hesablı qələbəsində əsas pay sahibi olub. 
Elşən uzun müddətli fasilədən sonra əsas heyətdə oynamağın çətin olduğunu bildirib: “Milli komandanın toplanışına qatılmaq məni bir az diriltdi. Məşqlərdə çox səy göstərsəm də, oyun praktikası tam başqadır. Futbolçu oynadıqca, özünə daha çox güvənir. Amma “İnter”də baş məşqçim olan Anatoli Konkov deyirdi ki, ehtiyatda oturan futbolçu meydançada mübarizə aparan futbolçudan daha hirsli olur. O, deyirdi ki, ehtiyatda oturan oyunçu əlinə düşən hər bir şansdan məharətlə istifadə etməlidir. Onun sözləri həmişə qulağımdadır. Dubl etməyimə baxmayaraq, oynamaq mənim üçün olduqca çətin idi. Şükür Allaha ki, həmin yükü qaldıra bildim”.
Hücumçu rəqib komanda barədə də fikir yürüdüb: “Neftçi” məğlub olsa da, yaxşı oynadı. Bizim əsas üstünlüyümüz qurulan hücumlardan məharətlə istifadə etməyimizdə idi. İnanıram ki, bu qələbədən sonra baş məşqçinin mənə inamı daha da artacaq. Mən baş məşqçinin ümidlərini puç etmədiyim halda, komanda azarkeşlərin rəğbətini növbəti dəfə qazandı. Biz “Neftçi” üzərindəki qələbə ilə “Xəzər Lənkəran”a uduzduğumuza görə küsmüş azarkeşlərin də könlünü aldıq”. 
Məmmədovun dubl etdiyi oyunu milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqts da izləyib. Elşənin fikrincə, göstərdiyi oyunla Foqtsda xoş fikir formalaşdırıb: “Az oynamağıma baxmayaraq, Foqts məni son toplanışlara dəvət edib. Millinin baş məşqçisi ötən ildən mənim potensialıma bələddir. O, son qısamüddətli toplanışda dedi ki, “Elşən, millidə daim oynamağını istəyirsənsə, klubunun əsas futbolçusuna çevrilməlisən. 
Foqtsun dediklərini baş məşqçimizə çatdırmışam. Seçmə mərhələnin oyunlarına 3-4 gün qalmış şans verdiyinə görə, Elxan müəllimə təşəkkür edirəm. İnanıram ki, Foqts sentyabrda keçiriləcək oyunlarda mənə etimad göstərəcək”.

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail