Ruslan Qurbanov: "Hayduk"un böyük klub olduğunu bilirəm"

19.02.2015 | 2519 dəfə oxunub

Xorvatiyanın "Hayduk" klubu yeni transferi Ruslan Qurbanovun keçidini rəsmən açıqlayıb. Stadium.Az xəbər verir ki, klubun rəsmi saytında gənc hücumçunun cari mövsümün sonuna kimi "Hayduk"da icarə əsasında oynayacağı bildirilib.

Yeni komandasında 7 nömrəli formanı geyinəcək R.Qurbanov Split təmsilçisinə keçidi barədə bunları deyib:

"Hücumun sivri ucunda yer almasam da, ön xətdə çıxış edirəm. Ancaq sol cinahda oynamaq daha xoşuma gəlir. Bununla belə, hücumda istənilən cinahda oynaya bilərəm. "Hayduk"un böyük klub olduğunu bilirəm. Klub rəhbərliyi burada oynamağıma şərait yaratdı. Onların etimadını doğrultmağa çalışacam".

Qeyd edək ki, "Hayduk" Xorvatiya çempionatında geridə qalan 21 turdan sonra 32 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail