ŞÜVƏLANDA KOLLEKTİV DAVA: Kim kimi söydü və vurdu?

19.02.2015 | 3645 dəfə oxunub

AZAL – "İnter" matçının son dəqiqələri olduqca dramatik keçdi. Stadium.Az xəbər verir ki, iki xal itkisini həzm edə bilməyən qonaqların aqressivliyi sərhəd tanımadı. Kulminasiya nöqtəsi Sezar Meza Kollinin "İnter"in texniki zonasının düz önündə Eltun Yaqublunu yerə yıxması və ayağıyla vurması oldu. 

Hadisə yerinə yaxın olan Nicat Qurbanov paraqvaylıya etirazını bildirincə, ehtiyat skamyadan irəli şığıyan Baçana Sxadadze ona ağır cavab verdi. Nicat özünü güclə ələ aldı və bircə bunu dedi: "zatkinis". Kaxaber Sxadadzenin oğlu bu cavaba əlindəki kağızı Qurbanova tərəf atmaqla reaksiya göstərdi. Tərlan Əhmədovun "Bico", sakit ol" çağırışına Kaxa da biganə qalmadı. Hər iki baş məşqçi aranı sakitləşdirməyə cəhd göstərdi.

Final fitindən sonra paltardəyişmə otağının yolunu tutan komandalar sakitləşmiş görünürdü. Elə bu anda Sezar Meza Kolli arxadan gələrək, Viktor İbekoyinin saçından yapışdı. Nigeriyalı əliylə onu yüngülcə geri itələdi, "İnter" özünü nümayişkaranə şəkildə yerə atdı. Bu vaxt Kaxanın serb köməkçisi İbekoyiyə cumdu. Orxan Lalayevin davaya qoşulmasına isə Kaxa imkan vermədi.

Polislərin müşayiəti ilə ümumi zala daxil olan futbolçular daha da qızışdı. İçəridə kim kimi gəldi vururdu. Asayiş keşikçiləri qapıları bağladığından, nələrin baş verməsini izləmək imkanımız az oldu. Bununla belə, eşidilən səs-küydən və söyüşlərdən başa düşmək olardı ki, baş məşqçilər arada qalıb. (sportinfo.az).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail