"Xəzər Lənkəran"la oyunda meydana çıxıb, canımızı qoyduq"

20.02.2015 | 3073 dəfə oxunub

Premyer Liqanın XXIII turunda “Xəzər Lənkəran”la qarşılaşan “Qəbələ” əzmkar qələbə (3:1) sayəsində hesabına 3 xal yazıb. Stadium.Az xəbər verir ki, "qırmızı-qaralar"ın ev oyununda vurduğu qollardan ikisinə müdafiəçilər imza atıb. Ekiqo Ehiosunun qolundan sonra əvvəl Ruslan Abışov, ardınca Ürfan Abbasov rəqib qapısına yol tapıb. Matçda son nöqtəni qoyan Abbasov qarşılaşma ilə bağlı fikirlərini gabalafc.az-la bölüşüb:

“Xəzər Lənkəran”la oyun bizim üçün çox böyük əhəmiyyət daşıyırdı. Bunadək ardıcıl 3 oyunda xal qazanmadığımızdan bu dəfə qalib gəlməli idik. Məqsədimiz 3 xal idi. Biz də meydana çıxıb, canımızı qoyduq, bütün bacarığımızı nümayiş etdirib, əzmkar qələbə əldə etdik. Bu qələbə növbəti oyunlarda qazanacağımız uğurlara təkan olmalıdır. Növbəti qarşılaşmalara da yalnız 3 xal üçün çıxacağıq. Əsas tilsimi qırmaq idi ki, bunu bacarıb, uğursuzluq zolağından çıxdıq. Qarşıdakı görüşlərə daha yaxşı hazırlaşıb, bunun davamını gətirəcəyik”. 

“Qəbələ”də ən çox oyun keçirən 10 futbolçudan biri olan Abbasov 83-cü matçında 2-ci qolunu vurub. Ötən mövsüm “Rəvan”la XXXI turun səfər qarşılaşmasında qola imza atan müdafiəçi ilk dəfə doğma meydanda fərqlənib: “Düzdür, “Xəzər Lənkəran”la qarşılaşmada qol vurdum. Amma əsas komandamızın qələbəsi idi. Buna da nail olduq. Açığı, hücumlara qoşulsam da, qol vuracağımı gözləmirdim. Çox sevinirəm ki, bunu bacardım və “Qəbələ”nin qələbəsində rolum oldu. Komandamın heyətində ilk dəfə ev oyununda qol vurdum. Fərqləndikdən sonra da sevincimi məhz azarkeşlərimizlə bölüşdüm. Doğma publika önündə fərqlənmək, sevincini onlarla bölüşmək çox gözəl, inanılmaz hissdir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

28.11.2022

27.11.2022

22:00  Xorvatiya - Kanada - 4:1 VİDEO

01:03  Argentina - Meksika - 2:0 VİDEO

26.11.2022

22:10  Fransa - Danimarka - 2:1 VİDEO

16:12  Tunis - Avstraliya - 0:1 VİDEO

25.11.2022

22:07  Niderland - Ekvador - 1:1 VİDEO

19:10  Qətər - Seneqal - 1:3 VİDEO

16:09  Uels - İran - 0:2 VİDEO

02:54  Braziliya - Serbiya - 2:0 VİDEO

24.11.2022

01:04  Almaniya - Yaponiya - 1:2 VİDEO

00:58  Belçika - Kanada - 1:0 VİDEO

23.11.2022

30.04.2022

03:14  "Zirə"nin tarixi oyunu VİDEO

29.04.2022

28.04.2022

11:41  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

27.04.2022

11:24  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.04.2022

20.04.2022

04:38  "İnter" - "Milan" - 3:0 VİDEO

19.04.2022

18.04.2022

03:39  PSJ - "Marsel" - 2:1 VİDEO

03:32  "Sevilya" - "Real" - 2:3 VİDEO

17.04.2022

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail