"Qəbələ"də 5 itki

23.02.2015 | 2969 dəfə oxunub

"Qəbələ" Premyer Liqanın 24-cü turunun "Qarabağ"la qarşılaşmasının hazırlığına başlayıb. Stadium.Az klubun saytına istinadən xəbər verir ki, 23-cü turda "Xəzər Lənkəran"la fevralın 19-da baş tutan oyunundan (3:1) sonra iki günlük istirahətə buraxılan "qırmızı-qaralar" dünən hazırlıqlarını bərpa edib.

Gündə bir məşq keçən komanda hazırlıqlarını Qəbələ stadionunda davam etdirir. Roman Qriqorçukun futbolçuları tam heyətlə məşq etmir. Ruslan Abışov, Cavid Hüseynov və Elvin Camalov Azərbaycan millisinin Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışında iştirak edir. Yığmaya dəvət alan, lakin son matçda aldığı xəsarət üzündən səfərə yollanmayan Rəşad Sadiqov və Ruslan Əmircanov da zədə səbəbi ilə məşqlərdə iştirak edə bilmirlər.

"Qarabağ" - "Qəbələ" oyunu fevralın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail