Yaşar Vahabzadə: “Mənim rəhbərliyim altında ilk oyunda qələbə qazandıq

24.02.2015 | 3301 dəfə oxunub

“Mənim rəhbərliyim altında ilk oyunda qələbə qazandıq. Bu, yaxşı haldır".

Stadium.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Yaşar Vahabzadə Qazaxıstanın "Atırau" klubu ilə keçirilən yoxlama oyunundan (2:1)  sonra deyib.

O, qələbəyə baxmayaraq,  komandada çatışmazlıqların olduğunu bildirib:

"Çatışmazlıqlarımız, əsasən qol epizodları ilə bağlıdır. Topu elə sadə vəziyyətdə itiririk ki, öz qapımız qarşısında təhlükə yaranır. İlk yarıda belə epizodlar çox oldu. İkinci hissəyə futbolçular bir qədər arxayın başladılar. Bu da bəzi futbolçuların fiziki hazırlığı yüksək səviyyədə olmamağından irəli gəlir.  Buna görə dəyişikliklər etdik, oyunun sürətini, tempini saxladıq və  qələbə qazandıq".

Y. Vahabzadə oyun zamanı  futbolçulara tez-tez tapşırıqlar verməsinə də toxunub: "Mən o epizodlarda futbolçulara irad bildirirəm ki, oyunçunun fikri topda qalır, arxaya qayıtmağı və zonanı bağlamağı yaddan çıxarır. Elə bilir ki, o, öz zonasındadır. Buna görə irad bildirirdim. Uşaqlar sağ olsunlar ki, verdiyim tapşırıqları yerinə yetirdilər. İlk dəfədir ki, bu heyətlə çıxış edirik. Komandada yeni futbolçular var”.

Təcrübəli mütəxəssis  Qana ilə keçiriləcək matç haqda da danışıb. O, əsas yığmamızın düşərgəsində olan bəzi futbolçuların fevralın 25-də baş tutacaq qarşılaşmada meydana çıxacağını deyib:

”Bizim üçün bütün oyunlar ciddi sınaqdır. Çalışacağıq ki, hər matçda əzmkarlıq göstərək. Mən futbolçulardan bunu istəyirəm. Onlar ilk görüşdə bunu bacardılar.

Əsas millinin düşərgəsində olan futbolçularımızın hamısı "Şaxtyor"la oyunun ertəsi günü bizim Qana ilə görüşümüzdə iştirak  edə bilərlər. Zədələnməsələr, onlardan istifadə edəcəyik.  Həmin futbolçular gəlsələr, heyətdə müəyyən dəyişikliklər olacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail