Zədəlilər "Qəbələ"yə nə vaxt kömək edəcək?

24.02.2015 | 2954 dəfə oxunub

Zədə səbəbindən“Qəbələ”nin hazırlıqlarında iştirak etməyən Rəşad Sadiqovla Ruslan Əmircanovun problemi ciddi deyil.

Stadium.az xəbər verir ki, bu barədə  komandanın həkim-fizioterapevti Rahim Məhərrəmov məlumat verib. O, hər iki futbolçunun tezliklə komandaya qoşulacağını bildirib. R.Məhərrəmov qeyd edib ki, fevralın 19-da keçirilən Azərbaycan Premyer Liqasının XXIII turunun “Xəzər Lənkəran”la matçının 82-ci dəqiqəsində meydana daxil olan, cəmi iki dəqiqə sonra əvəzlənmək zərurəti yaranan Sadiqovun durumu qənaətbəxşdir:

“Rəşadın əzələsi gərilmişdi. Bu da ciddi problem sayılmır. Maksimum bir həftəyə durumu tam düzələcək. Gələn həftədən yarımmüdafiəçi komandanın məşqlərinə qatıla biləcək”.

Mövsümün ilk yarısında aldığı zədədən sonra əməliyyat olunub, komandaya qayıdan Əmircanov 2015-ci ildə yalnız “Bakı” ilə oyunda meydana çıxıb. Məhərrəmov müdafiəçinin də tezliklə meydana qayıdacağını bildirib:

“Ruslan ötən ilin dekabrında Türkiyənin İstanbul şəhərindəki “Acıbadem” Fulya Xəstəxanasında diz meniskindən əməliyyat olunmuşdu. O, komandanın Antalya toplanışına da qatılmışdı. Lakin III dövrənin ilk oyunundan sonra yenidən ağrılar hiss etdi. Bu üzdən onun yenidən Türkiyəyə yollanmasını, əməliyyatı gerçəkləşdirən həkim tərəfindən təkrar müayinə edilməsini məqsədəuyğun saydıq. Artıq Əmircanovun müayinəsinin nəticələri də məlumdur. Onun da durumunda ciddi problem yoxdur. Futbolçu bu həftə ölkəmizə qayıdır. Rəşad kimi Ruslan da gələn həftədən komandanın məşqlərinə qatıla biləcək. Hər iki futbolçu martın 4-də baş tutacaq kubok matçına hazır ola bilər”.

 “Qəbələ” fevralın 28-də Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində “Qarabağ”la səfərdə, martın 4-də Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Simurq”la evdə qarşılaşacaq. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail