Bəhmən Həsənov: "Baş hakim "Xəzər Lənkəran"ın lehinə qərarlar verdi"

29.08.2011 | 4981 dəfə oxunub

"Rəvan" – "Xəzər Lənkəran" oyunundan sonra birincilərin baş məşqçisi Bəhmən Həsənov Rauf Cabbarovdan narazı qalmışdı. Stadium.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı gənc ədalət təmsilçisinin oyunda səhvlərə yol verdiyini bildirmişdi. Həsənovun nədən narazı qaldığını aydınlaşdırmaq üçün onunla əlaqə saxladıq.

Məşqçi referini qətiyyətsizlikdə günahlandırıb: "Rauf Cabbarov gənc hakimdir. Onun təcrübəsi yetərincə deyil ki, belə oyunları idarə etsin. Bu oyunda "Xəzər Lənkəran"ın lehinə qərarlar verirdi. Halbuki qonaq komandanın buna ehtiyacı yoxdur. Belə baxanda, "Xəzər Lənkəran"ın heyəti daha təcrübəli oyunçulardan qurulubr. Eyni epizodda Cabbarov onların xeyrinə qərar verir, bizə isə yox. Misal olaraq, onu da göstərə bilərəm ki, bir epizodda hakim Elnur Abdullayevə sarı vərəqə göstərmədi, amma Taqimə sarı vərəqə göstərdi. Axı biz də Azərbaycan komandasıyıq. Özü də bizdə yerli futbolçular daha çox üstünlük təşkil edir. Futbolun inkişafından danışırlar, ancaq bizə qarşı bu cür hərəkət edirlər.

Bu mövsüm ikinci dəfədir ki, Rauf Cabbarov oyunumuza təyinat alır. Gəncədə də belə səhvlərə yol vermişdi. Həmin matçda hadisə gözünün qabağında baş verir, hakimin diqqəti isə tam başqa yerdə idi.

Biz heç vaxt hakimlərdən PFL-ə şikayət etməmişik. Gərək, biz də AZAL kimi gecə-gündüz şikayət edək ki, hakimlər oyunumuzda belə səhvlərə yol verməsinlər. Ən azından komandaların əziyyətini yerə vurmazlar".

premyerliqa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail