AZAL – “Neftçi”: Üç futbolçunun 4 yubileyi

25.02.2015 | 2441 dəfə oxunub

“Neftçi”nin futbolçusu Nikolas Kanales Premyer Liqada 50-ci oyununu keçirib. Stadium.Az xəbər verir ki, AZAL-la III turdan təxirə salınan qarşılaşma çilili hücumçu üçün yubiley xarakteri daşıyıb. Bu əlamətdar hadisəyə matçın taleyini həll edən qolla töhfə verən Kanales Azərbaycan çempionatlarında 31-ci qolunu vurub. Cari mövsüm AZAL-la keçirilən hər üç oyunda qol vuran hücumçu Premyer Liqadakı orta məhsuldarlığını 0,62-yə çatdırıb. Bu isə ən azı 50 oyun keçirən futbolçular arasında Azərbaycan çempionatları tarixinin 3-cü göstəricisidir.

“Neftçi”nin 1:0 hesablı səfər qələbəsi qazandığı görüşdə daha 3 yubiley qeydə alınıb. Start heyətində meydana çıxan digər 2 futbolçu da özü üçün tarixi qarşılaşmada iştirak edib. “Neftçi”nin müdafiəçisi Elvin Yunuszadə iki yubileyə eyni vaxtda sevinib. Premyer Liqada 100-cü matçına çıxan arxa xətt oyunçusu bu qarşılaşmaların 31-ni “Simurq”, 69-nu “Neftçi”də keçirib. Elvin həm də “ağ-qaralar”ın heyətində ümumilikdə 100-cü matçına çıxıb. Buna onun 15 kubok və 16 avrokubok görüşündə də iştirak etməsi səbəb olub.

Yubiley oyununda sarı vərəqə ilə cəzalanan Yunuszadə kimi AZAL-ın futbolçusu Xuan Fransiskoda əlamətdar qarşılaşmanı xəbərdarlıqla başa vurub. 3 mövsümdə Bakı klubunun formasını geyən ispaniyalı Premyer Liqada 50-ci oyununu keçirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail