"Şaxtyor"un müdafiəçisi millimizi təriflədi

25.02.2015 | 2724 dəfə oxunub

"Toplanış çərçivəsində yaxşı oyunlar keçirdik. Fikrimcə, çempionata hazırlıq baxımından bizdə hər şey yaxşı alındı". Stadium.Az xəbər verir ki, bu sözləri "Şaxtyor"un müdafiəçisi İvan Ordets Antalyada millimizlə keçirilən yoxlama matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib.

Ukraynalı futbolçu yığmamızın toplanışda qarşılaşdıqları ən güclü rəqib olduğunu bildirib: "Yaxşı komandaya qarşı oynadıq. Azərbaycan millisində yüksək səviyyəli futbolçular çıxış edir. Onlar təzyiq altında topa nəzarət edə bilirdilər. Məncə, Azərbaycan yığması toplanışda qarşılaşdığımız ən güclü rəqib idi. Yağış yağmasına baxmayaraq, meydança yaxşı vəziyyətdə idi. Əlverişsiz hava da bizə mane olmadı". 

Qeyd edək ki, Antalyada "Şaxtyor"la yoxlama matçında qüvvəsini sınayan millimiz rəqibinə 1:2 hesabı ilə uduzub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail