"Nə qədər çalışsaq da, hesabı bərabərləşdirə bilmədik"

26.02.2015 | 2180 dəfə oxunub

"Antalya toplanışında iki matç keçirdik. Futbolçularımın sərgilədiyi oyundan, əzmkarlıqlarından razıyam. Komandada istək var idi. Qana fiziki, atletik cəhətdən  bizdən güclü idi. Məğlub olmağımıza baxmayaraq, futbolçularım sona qədər mübarizə apardılar. ".

Stadium.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Yaşar Vahabzadə Qanaya 1:2 hesabı ilə uduzduqları yoxlama matçından sonra deyib.

"Əsasən də birinci hissədə baxımlı oyun göstərdik. İki gündən bir görüş keçirdiyimizə görə, bəlkə də oyunçularımda bir az yorğunluq var idi. Amma yenə də sağ olsunlar ki, axıra kimi mübarizə apardılar" - deyə o bildirib.

Y.Vahabzadə millimizin ən böyük problemini də açıqlayıb:

"Nə qədər çalışsaq da, hesabı bərabərləşdirə bilmədik. Bu, futboldur. Ən böyük problemimiz hücumçu problemidir. Biz Orxan Əliyevi məcburiyyətdən mərkəz hücumçusu mövqeyində oynadırıq. Birinci oyunda iştirak etdi, pis təsir bağışlamadı. Bu gün də çalışırdı ki, nəsə etsin. Amma o, klubunda tipik hücumçu kimi yox, cinahda oynayır. Təəssüflə deyirəm ki, hücum xəttində oynamağa futbolçumuz yoxdur. 
Düzdür, klubların əvəzedici heyətlərində var, hamısını nəzərdən keçirmişik. Lakin bu səviyyədə gəlib oynaya biləcək hücumçu yoxdur. Buna görə də, əlimizdə olanlardan istifadə edirik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail