Tahir Gözəl: "Xocalı hadisəsi cahilliyin törətdiyi qətliamdır" - FOTOLAR

26.02.2015 | 2767 dəfə oxunub

Qan tariximiz heç vaxt unudulmur. 23 il öncə Qarabağda, Xocalı şəhərində törədilmiş soyqırım faciəsi xalqımızın qan yaddaşına əbədi həkk olunub.

Stadium.Az xəbər verir ki, faciənin 23-cü il dönümündə "Qarabağ"ın vitse-prezidenti Tahir Gözel klubu ziyarət edib. Artıq, qətliam qurbanlarının xatirəsnin yad olunmasını özünə mənəvi borc bilən başqan bu dəfə də dəyərlərimizə sadiq olduğunu nümayiş etdirib. Daim önəmli günlərdə komandanı tək qoymayan başqan bu dəfə komandayla birgə faciəni yad edib. Gözəl əsas komanda ilə bazada görüşüb. Günorta saatlarında baş tutan görüşdə ilk olaraq faciədə ölənlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Ardınca Tahir bəy 1992-ci ildə baş verən faciə haqqında danışıb. Məsələyə hər zaman olduğu kimi fərqli yöndən yanaşan başqan baş verən faciənin bir millətin, xalqın deyil bütün bəşəriyyətin üzüntüsü olduğunu qeyd edib. Tahir bəy yaradılış qayəmizdən danışaraq qeyd edib ki, yer üzərinin bütün insanları eyni yaradılıb, sonra isə insanlar qəlblərindəki tamaha yenilərək Xocalı kimi faciələri törədirlər. 100-lərlə günahsız insanın qətl edilməsinin arxasında heç bir torpaq, milli inanc dayana bilməyəcəyini qeyd edib. Xocalıda baş verənlərin insanlıq üçün utancverici olduğunu bildirdi. Xocalıda qətl edilən uşaqların sadəcə Azərbaycanın deyil, bütün insaniyyətin övladları olduğunu bildirib. Hər birimizin öncə insan olduğunu və yaradılış qayəmizdə qan tökməyin, pislik etməyin olmadığını vurğulayıb.

Tahir bəy baş verən hadisəni cahiliyyətin törətdiyi qətliam adlandırıb. Vitse-prezident tarixi yaşatmaq, tarix üçün şəhid düşənlərin xatirələrinin yaşadılması üçün hər birimizin üzərinə düşən vətəndaşlıq görəvinin artıqlamasıyla yerinə yetirilməli olduğunu söyləyib. Qarabağ adının "Qarabağ"la fərq yaratdığını, amma bu ad ən qürurulu şəkildə daşıdıqlarını ifadə edib.

"Qarabağ"ın 1 milyon məcburi köçkünün Qarabağ sevdasının təsəllisi olduğunu bildirib. "Qarabağ" adının bizi daha məsuliyyətli olmağa vadar etdiyini bildirib. Başqan hər kəsi Xocalı faciəsini düşünməyə çağırıb. İnsanlıq tarixində bir daha belə faciələr yaşanmaması üçün insanlıq sevgisiylə yaşamağın önəmini vurğulayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail