"Qəbələ" Bakıya itkilərlə gəldi

27.02.2015 | 2602 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 24-cü turunda səfərdə “Qarabağ”la qarşılaşacaq “Qəbələ” doğma məkanda hazırlıqları tamamlayaraq paytaxta yollanıb.

Stadium.az xəbər verir ki, komandanın Qəbələdə son məşqi bu gün səhər saatlarında baş tutub. “Qırmızı-qaralar” qarşılaşma öncəsi son məşqinə sabah “Qarabağ”ın ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına mərkəzi stadionda çıxacaq.

Komanda Bakıya iki itki ilə - zədəlilər Ruslan Əmircanov və Rəşad Sadiqovsuz yollanıb.

Azərbaycan milli komandasının düşərgəsində Antalya toplanışına qatılmış Elvin Camalov, Cavid Hüseynov və Ruslan Abışov bu gün komandaya qoşulacaq. Onlar sabahkı məşqdə komandayla birlikdə hazırlaşacaq.

Ffevralın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Qəbələ” matçı saat 17:00-da başlayacaq. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail