"İnter" Kaxaber Sxadadzeyə əvəzləyici tapdı - RƏSMİ

27.02.2015 | 4524 dəfə oxunub

Məlum olduğu kimi, "İnter"in baş məşqiçisi Kaxaber Sxadadze mövsümün sonunadək "İnter"i və Gürcüstan millisini çalışdıracaq.

Stadium.Az klubun saytına istinadən xəbər verir ki, buna görə də, texniki heyət Marino Pusicin simasında əlavə köməkçi məşqçilə gücləndiriləcək.
 
Pusic 1971-ci il avqustun 18-də Bosniya və Hersoqovinanın Mostar şəhərində anadan olub. Proffesional futbolçu kimi o, "Red Star"(Belqrad), "Velez" (Mostar, Bosniya və Hersoqovina), "FC Köln"(Almaniya), "De Graafschap"(Hollandiya), "Go Ahead Eagles" (Hollandiya) kimi klublarda və iki oyun Bosniya və Hersoqovina yığmasında çıxış edib. Marino Pusic 2009-2013-cü illərdə "Vitesse Arnhem"(Hollandiya) klubunun 19 yaşlılardan ibarət komandasını çalışdırıb, 2013-cü ildə isə  UEFA Pro lisenziyasını alıb. 2013- cü ilin iyulun 1- dən 2014-cü ilin oktaybr ayınadək  "NAC Breda" (Hollandiya) klubunda köməkçi məqçi kimi çalışıb.

"İnter"in idman direktoru Roland Vroomans Marino Pusic haqqında rəsmi sayta açıqlama verib: "Biz onu  mövsümün sonunadək texniki heyəti gücləndirmək üçün yaxşı namizəd hesab edirik. Bununla da biz diqqətimizi əsas komandanın oyunçularına və nəticəyə yönəldərik. Eyni zamanda biz komandanın yeni texniki heyətini gələcək bir nece il ərzində formalaşdıra bilərik".

Klubdan isə Stadium.Az-a verilən məlumata görə, Pusiç Kaxanın yerinə namizədlərdən biridi. Yaya qədər gürcü mütəxəssisin köməkçisi olacaq məşqçinin yeni mövsümdən komandanın sükanı arxasına keçəcəyi istisna edilmir. Pusiçin bu həftə Bakıya gələcəyi bildirilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail