Tərlan Əhmədov "Pasuş de Ferreyra"nın bazasında - FOTO

02.03.2015 | 4256 dəfə oxunub

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov PRO kateqoriyalı məşqçilik lisenziyasının şərtlərinə uyğun olaraq, Portuqaliyanın “Pasuş de Ferreyra” klubunda təcrübə keçir.

Stadium.Az klubun saytına istinadən xəbər verir ki, fevralın 25-dən Pireney yarımadasında olan 43 yaşlı mütəxəssis “Pasuş de Ferreyra”nın baş məşqçisi Paulo Fonseka və məşqçilər korpusunun digər üzvləri ilə görüşüb. Klub muzeyində də olan baş məşqçi eyni zamanda “Pasuş de Ferreyra”nın əsas və əvəzedici komandalarının məşqlərini izləyib. Əhmədov klubun akademiyasının fəaliyyəti ilə yaxından tanış olmaq şansı qazanıb.

Bu gün isə Tərlan Əhmədov son 8 ildə 4 dəfə avrokuboklarda oynamış, ötən mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış etmiş, hazırda Primeyra Liqada 8-ci pillədə qərarlaşan və avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Pasuş de Ferreyra”nın çempionat çərçivəsində “Belenenseş”lə səfər matçını stadiondan canlı izləyəcək.

Qeyd edək ki, T.Əhmədov martın 3-də vətənə qayıdacaq və “Neftçi” ilə ölkə kubokunun ilk 1/4 final matçında komandasının başında olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail