"Bakı"nın baş məşqçisi: "Nəzəri çəhətdən çempionluq şansımız var" - MÜSAHİBƏ

02.03.2015 | 4022 dəfə oxunub

Yanvarın 25-dən fevralın 8-nə kimi "Bakı"nın təlim-məşq bazasının qapalı meydaçnasında KFA (Klublarda Futbol Akdemiyası) turniri keçirilib. Stadium.Az xəbər verir ki, 6 futbol akademiyası arasında keçirilmiş çempionatın hər iki yaş qrupu üzrə çempionu "Bakı" olub. U-13 komandasının baş məşqçisi Niyazi Rzayev klubun rəsmi saytına bu barədə danışıb: 


- Turnir necə təşkil edilmişdi. Əsas rəqiblər hansı klublar idi? 
- Turnir yüksək peşəkarlıqla təşkil edilmişdi. Güzəştsiz mübarizənin şahidi olduq. Əsas rəqiblərimiz “Neftçi” və “Qəbələ” klubları idi. Çətin olsa da, hər iki rəqibi qabaqlayaraq çempion olduq. 

- Hansı futbolçular bu turnirdə yaxşı tərəfdən fərqləndilər? 
- Komandada yaxşı futbolçular çoxdur. Yarımmüdafiə xəttində oynayan Rüfət Əhmədovu, Emil Quluzadəni, İlahi Quliyevi və Rüstəm Rüstəmovu xüsusi qeyd edərdim. Onların gələcəkdə perspektivli futbolçu kimi, Azərbaycan futboluna layiqli futbolçular olacağına inanıram. 

- Yeniyetmələrin qidalanma və məşqlərlə bağlı yaranan məktəb problemləri necə həll edilir? 
- Son zamanlar işlərimiz qaydasında gedir. Əvvəlcədən təyin olunmuş qrafik əsasında avtobuslar hərəkət edir. Uşaqların məşqə maneəsiz və vaxtında gəliş-gedişində heç bir problem yoxdur. Akademiyamızda fəaliyyət göstərən bütün komandalar yeni dəst formalarla təmin edilib. Məşqlər adətən saat 16:00-dan sonra olur. Gündəlikləri yoxlayıb, davamiyyətə nəzarət edirik. Oyunlar isə şənbə-bazar günləri keçirilir ki, bununda uşaqların dərs buraxmasına heç bir aidiyyatı olmur. Yeniyetmələrin dərsləri üzürsüz buraxmasına yol vermirik. 

- Hal-hazırda U-13 liqasında 3-cü yerdəniz. Çempion olmaq şansınız qalırmı? 
- Nəzəri çəhətdən şanslar var. “Rəvan”, “Neftçi”, “Qarabağ”, “Qəbələ”, AZAL və “Sumqayıt” əsas rəqiblərimizdir. U-13 liqada 5 komanda elit raunda çixir. Sonra xallar silinir və region komandalarının da iştirakı ilə aprel ayında final mərhələsi keçiriləcək. Ötən il U-12 liqsında 3-cü olmuşduq. Bu il də məqsədimiz çempion olmaqdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail