Rövnəq Abdullayev: "PFL tam başqa qurumdur"

07.03.2015 | 4401 dəfə oxunub

AFFA prezidenti Rövnəq Abdullayev qurumun ötən gün keçirilən Hesabat Konfransından sonra jurnalistlərin suallarını cavablandırıb. 

- Almaniya Futbol Məktəbi layihəsi özünü doğrultdumu?

- Almaniya Futbol Məktəbi layihəsi birinci vitse-prezident Rauf Əliyevə məxsusdur. Ancaq görürəm ki, bu layihə effekt vermir. Tapşırıq vermişəm ki, dayandırılsın. Yanvarın 1-dən dayandırılacaq.

- 2009-cu ildəki “Neftçi” – “Turan” oyunu ilə bağlı söz-söhbətlər yayılmışdı. Amma sonra siz təkzib etdiniz. Lakin üstündən altı il keçəndən sonra Elxan Məmmədov həmin oyunu faciəvi qarşılaşma adlandırdı. Bu nəyə xidmət edir?

- Elxan müəllim elə deməyib. Həmin açıqlama ilə tanışam. Bəli, həmin oyunla bağlı şübhəmiz var idi. Lakin araşdırdıq. Belə bir şey olmasın deyə komandaların sayını 12-dən 10-a endirdik. İndi görürsüz ki, çempionatda belə hallar olmur.

- Klubların məşqçiləri hazırkı legioner limitindən gileylənir... 

- Limitdə dəyişiklik olunmayacaq. Çempionatda 10 komanda olacaq. İki komada Premyer Liqanı tərk edəcək, ikisi aşağı dəstədən gələcək.

- Bəzi zəif komandaların böyük klublara oyun sata biləcəyini dediniz. Bu hallar onsuz da qaçılmazdır. Bir də ki, 4 ildə “Sumqayıt” klubunun gördüyü işlər sizi qane edirmi?

- “Sumqayıt” yaxşı nəticələr verir. Legionersiz bir komandadır. Bu komandanın oyunlarına həvəslə baxıram. Milliyə üç futbolçu veriblər. Sırf azərbaycanlılardan ibarət komandadır.

- AFFA-nın ötən Hesabat Konfransında bildirdiniz ki, U-21-in baş məşqçisi əsas milli komanda səviyyəsində olacaq. Sizcə, Yaşar Vahabzadə bu səviyyədədir?

- Məşqçilər Komitəsinin tövsiyyəsinə əsasən Yaşar Vahabzadəni U-21-ə təyin etdik. Əgər MK onu məsləhət görübsə, deməli, yaxşıdır.

- “Araz Naxçıvan”ın yenidən Premyer Liqaya qayıdışı mümkündürmü?

- “Araz Naxçıvan” çempionatdan çıxarılıb. Artıq klubun Premyer Liqaya qayıdışı mümkün deyil. Çünki onlar cəzalandırılıb.

- İldən-ilə futblumuzda inkişaf olsa da, son ildə bunu görümürük.

- Sizinlə razı deyiləm.

- Stadionlara azarkeş gəlmir. Bu yöndə hansı işləri görmək fikriniz var?

- “Qarabağ”ın oyunlarında stadionların necə dolduğunu görürsünüz. Ancaq daxili çempionatda azarkeşləri görümürük. Klublar işini düzgün qursa, istənilən qədər azarkeş toplaya bilərlər. Mən “Neftçi”də işləyəndə müxtəlif lotoreyalar təşkil edirdik. Stadiona 25 min azarkeş gəlirdi. Klublar yəqin özləri istəmirlər. Azarkeş olmayanda fitə basmırlar, istefaya səsləmirlər (gülür).

- Klublar Komitəsi PFL-ə alternativ olaraq yaradılıb?

- PFL tam başqa qurumdur. Klublar Komitəsi hüquqi qurum deyil. Bir müddət əvvəl klubların bir-birindən çox narazılığı oldu. Klublar Komitəsi yaradıldı ki, müəyyən problemləri həll etməyə yardımçı olsun. 

- Nə vaxta qədər “Bakı” klubu maliyyə böhranı ilə çıxış edəcək. AFFA kluba hansı köməkliyi göstərir?

- Biz “Bakı”ya maddi dəstək vermirik. Sadəcə “Bakı” bizə bank zəmanətini təqdim etdi. Biz də bankdan tələb etdik ki, kluba maliyyə ayırsın. Hər klubun bir illik bank zəmanəti olur. Gələn il nə olacağı bizdən asılı deyil.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail