Paşayev Azərbaycanda oynamayacaq

07.03.2015 | 6593 dəfə oxunub

 Azərbaycan millisində oynayacaq Pavel Paşayevin meneceri Konstantin Sosenko bu barədə danışıb. Stadium.Az xəbər verir ki, Sesenko Paşayevin millimizə xeyir verəcəyindən əmin olduğun bildirib: 

"Azərbaycan millisi Pavel Paşayevin timsalında çox güclü futbolçu qazanacaq. O, komandanın ən yaxşılarından birinə çevriləcək.

Pavel həm sürətli, həm də müdafiədə etibarlıdı. Özü haqda müsbət fikir formalaşdıra bilib. Millidə çıxış etmək marağındadı. Düşünürəm ki, məsələ müsbət həllini tapacaq. Bunun yığmanın qarşıdakı matçlarına qədər həllini tapmasını istəyərdim.

İki ildi Paşayevin Azərbaycan yığmasına cəlb olunması məsələsi ilə məşğuluq. Həmin vaxt AFFA-nın dəvəti ilə Bakıya gəlib, danışıqlara başladıq. Lakin onda müsbət nəticə əldə edə bilmədik. Sonradan yenidən məsələyə qayıdıb, onun həlli üçün çalışdıq. AFFA-da bir neçə dəfə olub, rəsmilərlə söhbətlər etdik. İndi futbolçu yığmada oynamağa yaxındı.

Paşayevin anlaşması yayda bitəcəyindən, onun klub karyerası ilə də məşğulam. Hazırda əlimdə xeyli sayda Ukrayna klubunun təklifi var. Biz də bunları müzakirə edirik. İlk növbədə futbolçunun istəyi, sonra isə digər məsələlər, o cümlədən maliyyə tərəfi də nəzərə alınmalıdı. Bu üzdən onun başqa ölkədə - elə Azərbaycanda oynaması hələlik gündəmdə deyil. Çünki bunun üçün ilk növbədə heyətində görmək istəyən klub da olmalıdı".


Əslən azərbaycanlı olan müdafiəçi assosiasiyaya müraciət edərək yığmamızda oynamaq istədiyini bildirib. Bununla əlaqədar AFFA-nın sorğusuna cavab olaraq Ukrayna Futbol Federasiyası bildirib ki, o, bu ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında iştirak edib, lakin əsas komandada oynamayıb. Bu üzdən də AFFA onun müvafiq qaydalara uyğun olaraq, Azərbaycan millisində forma geyinməsinə razılıq vermək üçün FİFA-ya müraciət edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail