Yığmamız "siftə"ni İngiltərə ilə edir

01.09.2011 | 4774 dəfə oxunub

Bu gün Azərbaycan milli komandası (U-21) növbəti oyununu keçirəcək. Stadium.az xəbər verir ki, Bernard Lippertin yetirmələri yığmamız üçün növbəti olan Avropa çempionatında ilk matçına çıxacaq. Avro-2013 yolunda starta çıxan millimiz İngiltərə yığmasının qonağı olacaq. Futbolun yaradıcıları ilə Uotford şəhərində görüşəcək komandamız 5 gün sonra Belçika ilə səfər matçı ərəfəsində Böyük Britaniyadan ən azı yaxşı əhval-ruhiyyə ilə ayrılmalıdır. Almaniyalı mütəxəssisin yetirmələrinin qrupun favoritindən xal alması inandırıcı görünməsə də gənc futbolçularımız möcüzə üçün əllərindən gələni əsirgəməməlidir. Hər halda bir neçə il əvvəl digər Britaniya təmsilçisi Şotlandiya ilə səfər matçında sensasion heç-heçəyə (2:2) imza atan yığmamız həmin qəhrəmanlığını təkrarlaya bilər. Futbolçularımız üçün ən böyük stimul da o ola bilər ki, həmin uğurlu oyundan sonra İngiltərə “Everton”u futbolçumuzu – Araz Abdullayevi transfer etmişdi. İngilis futbolunun əfsanəsi Stüart Pirsin yetirmələri isə Belçika, Norveç və İslandiyanın da çıxış etdiyi 8-ci seçmə qrupuna qələbə ilə başlamaq niyyətindədir.
Daha bir oyun bu gün keçiriləcək. Bakı vaxtı ilə saat 22:00-da İslandiya və Belçika futbolçuları meydana çıxacaq.

Avro-2013-ün seçmə mərhələsi
VIII qrup

23:30. İNGİLTƏRƏ – AZƏRBAYCAN
Baş hakim: Domaqoy Vuçkov (Xorvatiya)
Uotford. “Vikareyc Road” stadionu
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail