Bakı çempionatı start götürdü

10.03.2015 | 3025 dəfə oxunub

Bu gün AFFA ilə Təhsil Nazirliyinin birgə təşkil etdiyi məktəblilərin mini futbol üzrə Bakı çempionatının açılış mərasimi keçirilib. Stadium.Az xəbər verir ki, tədbirdə AFFA-nın İcraiyyə Komitəsinin üzvü, təhsil nazirinin müavini Firudin Qurbanov, AFFA-nın baş katibi Elxan Məmmədov, idman ictimaiyyətinin nümayəndələri və ümumtəhsil məktəblərinin rəhbərləri iştirak edib.

Əvvəlcə Dövlət himni səsləndirilib. Mərasimdə çıxış edən F.Qurbanov qeyd edib ki, çempionatın keçirilməsində məqsəd “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələri yerinə yetirmək, Bakı şəhərində keçiriləcək I Avropa Oyunlarını təbliğ etmək, məktəbli futbolçuların ustalıq səviyyəsini artırmaq və yeniyetmələri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir.

Təhsil Nazirliyinin idmanın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər haqqında məlumat verən Firudin Qurbanov bildirib ki, ümumtəhsil, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin şagird və tələbələri arasında mütəmadi olaraq yarış, turnir və çempionatlar təşkil olunur.

Hazırda təhsil sistemində 2 ixtisaslaşmış uşaq-gənclər futbol məktəbi və 60 uşaq-gənclər idman məktəbində futbol bölməsi fəaliyyət göstərir. Həmin məktəblərdə 11 mindən çox yeniyetmə və gənc futbolla məşğul olur, 400-ə yaxın məşqçi-müəllim çalışır.

Nazir müavini yeni idman meydançalarının salınması istiqamətində də əhəmiyyətli işlər görüldüyünü vurğulayıb. Eyni zamanda uşaq-gənclər futbol məktəblərinin və idman məktəblərində fəaliyyət göstərən futbol bölmələrinin məşqçi-müəllimlərinin peşəkarlıq səviyyəsini artırmaq, ehtiyat futbolçu hazırlığına təkan vermək məqsədilə AFFA ilə birgə “Vətən” Respublika İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin bazasında “C” kateqoriyalı məşqçi kursları təşkil olunması planlaşdırılır.

Rəsmi açılış mərasimindən sonra məktəblilərin mini futbol üzrə Bakı şəhər çempionatının 2-ci mərhələsinin oyunlarına start verilib. Bu mərhələdə yarışlar yarımqruplar üzrə təşkil olunacaq. Sonuncu mərhələdə isə yarımqrupların qalibləri qarşılaşacaq.

Çempionatın birinci mərhələsi Bakı şəhərində yerləşən 15 məktəbin idman zalında keçirilib. Bu mərhələdə paytaxtın 305 məktəbindən 3660 nəfər VIII sinif şağirdi iştirak edib.
Çempionat aprelin 6-dək davam edəcək. Yarışda I, II və III yeri tutan komandalar diplom, kubok və qiymətli hədiyyələrlə təltif olunacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail