Mahir Şükürov: "Qazaxıstanı udmağa borcluyuq"

01.09.2011 | 4984 dəfə oxunub

AÇ-2012-nin seçmə mərhələsinə hazırlaşan milli komandamız qrupda növbəti oyununu setyabrın 2-də Belçika, 4-gün sonra isə Qazaxıstan yığmasına qarşı keçirəcək. Stadium.az xəbər verir ki, komandmız bir günlük istirahətdən sonra AFFA-nın futbol akademiyasında yenidən biraraya gəlib. AZAL-la oyunda qırmızı vərəqə alaraq İntizam-Komitəsi tərəfindən 4 oyunluq cəzalanan "Qəbələ"nin üzvü Mahir Şükürov da düşərgədədi. "Qarabağ"la qarşılaşmanı kənardan izləyən müdafiəçi millimizin qarşıdakı oyunları haqqında danışıb:

"Belçika güclü rəqibdir. Heyətində əksər futbolçular Avropanın aparıcı klublarında oynayırlar. Çox çətin oyun olacaq. Rəqib qitə çempionatının final mərhələsinə vəsiqə qazanmağa namizədlərdən biridi.Onlar çalışacaqlar ki, burda xal itirməsinlər. Sözsüz, belçikalıların hücumameylli oyun göstərməsi işimizi bir tərəfdən çətinləşdirsə də, digər tərəfdən asanlaşdıra bilər. Onların hücumlarının qarşısını kəsib, əks-hücumda nəsə edə bilərik. Belçika ilə heç-heçə oynamağımız sərfəli nəticə sayıla bilər. Qazaxıstanı isə udmağa borcluyuq. Səfərdəki məğlubiyyətin əvəzini onlardan çıxmalıyıq. Ümumilikdə, bu iki oyundan 4 xal toplasaq, Avstriya ilə oyun üçün əlavə stimul olacaq. Hər birimiz çalışacağıq ki, azarkeşlərimizə sevinc bəxş edək".

Mahir Şükürov milli komandada ab-havanın yaxşı olduğunu bildirib: "Təlim-məşq toplanışı yaxşı səviyyədə gedir. Hər bir futbolçu da milliyə kömək etmək üçün məşqlərdə özünü göstərməyə çalışır. "Qarabağ"a qarşı oynasaydım, daha yaxşı durumda olardım. İntizam Komitəsi mənə çox ağır cəza verib. Bu cəzanı yüngülləşdirsələr, yaxşı olar. Amma məşqlərdə çalışıram ki, oynamadığım müddətdəki praktikanı bərpa edim".

premyerliqa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail