"Qəbələ"dən 5-də 5

13.03.2015 | 3474 dəfə oxunub

“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçirib. Stadium.Az klubun saytına istinadən xəbər verir ki, AFFA-nın təşkilatçılığı ilə keçirilən liqalarda mübarizə aparan “qırmızı-qaralar” 8 yaş qrupundan 5-də meydana çıxıb. Bu komandaların hərəsi 3 xal qazanıb.

U-19 komandası “Əlincə” ilə səfər oyununda böyükhesablı qələbə qazanıb. 3 cavabsız qolla qalib gələn “Qəbələ” 20 oyunda 41 xal toplayıb. “Qırmızı-qaralar” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

“Qəbələ”nin 14 matçda 38 xalla liderlik etdiyi U-17 Liqada isə qısa fasilə yaranıb. Komanda növbəti turda “Xəzər Lənkəran”ın qonağı olacaq.

U-16 öz meydanında “İnter”i sınağa çəkib. Komanda bu matçda 1:0 hesabı ilə qalib gəlib. 19 oyunda 50 xal toplayan “Qəbələ” turnir cədvəlinin zirvəsində qərarlaşıb. “Qırmızı-qaralar” 2 həftədən sonra baş tutacaq növbəti turda “Turan”ın qonağı olacaq.

“İnter”ə 1:0 hesabı ilə qalib gələn U-15 2-ci pillədə qərarlaşıb. 18 oyunda 38 xal toplayan “Qəbələ” növbəti turda AZAL-la qarşılaşacaq. Komanda bu oyunu səfərdə keçirəcək.

U-14 Liqasının paytaxt zonasında çıxış edən "Qəbələ" yarışın lideri “İnter”i məğlub edib – 1:0. 12 matçdan sonra hesabında 31 xal olan “Qəbələ” 2-ci pillədə qərarlaşıb. “Qırmızı-qaralar” növbəti oyununu “Neftçi”yə qarşı keçirəcək.

U-12 Liqasının Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında Şəkinin UGİM-i ilə qarşılaşan “qırmızı-qaralar” böyükhesablı qələbə ilə hesabına 3 xal yazıb – 6:0. 11 matçda 29 xal toplayan komanda yarışın vahid lideridir. “Qəbələ”nin növbəti rəqibi Yevlaxın UGİM-idir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail