"İlk oyunu Azərbaycana qarşı keçirmək..."

16.03.2015 | 3219 dəfə oxunub

"Azərbaycanda keçiriləcək elit-raundda məqsədimiz qrupu lider kimi tamamlayıb, final mərhələsinə vəsiqə qazanmaq olacaq. Fikrimcə, bizim buna gücümüz çatar".

Stadium.Az xəbər verir ki, bu sözləri Xorvatiyanın U-17 yığmasının baş məşqçisi Dario Başiç deyib. Bakı səfəri öncəsi yerli mətbuata açıqlama verən gənc çalışdırıcı yığmamızın çıxışına da münasibət bildirib:

"İlk oyunu ev sahibinə qarşı keçirmək işimizin çətin olacağını göstərir. Ancaq bu amil məni sevindirir. Çünki futbolçularım ilk matçdan güclü olduqlarını sübut etməyə çalışacaqlar. Azərbaycanın İsveçrə və Belçika ilə oyunlarına baxmışıq. Nələri etməməli olduğumuzu yaxşı bilirik. Digər rəqiblərimizdən Portuqaliya hazırda Avropanın ən güclü komandalarından biridi. İstənilən halda, hədəfimiz qrup səddini aşmaqdı".

Martın 17-dən 22-dək Bakıda U-17-lər arasında Avropa çempionatının elit-raund mərhələsi çərçivəsində II qrupun oyunları keçiriləcək. Azərbaycanla yanaşı, Xorvatiya, Portuqaliya və Serbiya milliləri ilk iki yer uğrunda mübarizə aparacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail