"Bakı-2015"in gəliri Azərbaycana qalacaq

17.03.2015 | 3609 dəfə oxunub

"Avropa Oyunları ilə bağlı işlərin son mərhələsi görülür. Oyunlara 90 gündən də az müddət qaldığı üçün iştirak edəcək ölkələrin heyətləri artıq müəyyənləşib". 

Stadium.Az "Report" agentliyinə istinadən xəbər verir ki, bunu bu gün keçirilən Azərbaycan İnvestisiya Sammitində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında deyib.

Oyunların gedişinin izlənməsinin komitənin üzərinə düşdüyünü bildirən Ç.Hüseynzadə yarışlara hazır vəziyyətdə olduqlarını söyləyib. O, idman qurğularının bir çoxunun istifadəyə verildiyini və test yarışları keçirildiyini xatırladıb:
 
"Apreldə boks və güləş üzrə test yarışları da keçiriləcək. Üzgüçülük hovuzu tikilib. Həmin kompleksin aprel-may aylarında sınaqdan keçirilməsi nəzərdə tutulub. Atletlər Kəndi də tam hazır vəziyyətdədir. Bundan sonra əsas işlərimiz bu oyunlara KİV vasitəsilə Azərbaycan tamaşaçılarını cəlb etməyimizlə bağlı olacaq. Arzu edirik ki, Azərbaycan tamaşaçıları bu oyunlarda fəal iştirak edəcəklər".

Vitse-prezident böyük vəsait tələb edən bütün işlərin başa çatdığını qeyd edib: "Böyük vəsait komplekslərin tikintisinə xərclənib. Artıq Oyunların başlanmasına az vaxt qalıb".

I Avropa Oyunlarında iştirak edəcək ölkələrin idmançılarının xərclərinin Azərbaycan tərəfindən ödənilməsindən danışan Ç. Hüseynzadə olimpiadalarda bu xərclərin təşkilatçı tərəfindən qarşılandığını xatırladıb: 
"Bu, bütün müqavilələrdə qeyd olunur. Oyunlarda da təşkilatçı biz olduğumuzdan, xərcləri özümüz qarşılayırıq və düşünürəm ki, normal haldır. Lakin bu məsələdə bizim üstünlüyümüz var. Olimpiya Oyunlarında bütün marketinq gəlirləri Beynəlxalq Olimpiya Komitəsinə məxsusdursa, Avropa Oyunlarında bütün gəlirlər bizə qalacaq. Buraya biletlər, televiziya yayımı və digər marketinq gəlirləri daxildir. Sonda isə hesabladıqda, Azərbaycanın udduğunu görərik".

Komitə rəsmisi Oyunlardan sonra Azərbaycanın borca düşəcəyi barədə iddialara da aydınlıq gətirib:
 
"Bu sualları mənə tez-tez verirlər. Yunanıstan 2004-cü il Afina Yay Olimpiya Oyunlarından sonra yaranan borcu hələ də ödəyə bilməyib. Ancaq ondan sonrakı Pekin olimpiadasında bu kimi hallar qeydə alınmadı. İkincisi də 3 milyon əhalisi olan bir şəhərdə Olimpiya stadionu kimi böyük bir stadionun olması normaldır. Tofiq Bəhramov adına Respublika stadionu əhaliyə olan tələbatı ödəmir. Hətta sovet dönəmində belə bu tələbat ödənmirdi. Avropa Oyunlarının büdcəsi olimpiadaların büdcəsindən qat-qat aşağıdır. Ona görə də, hesab edirik ki, bizə ziyan dəyməyəcək".

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları 12-28 iyunda keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail